XƏBƏRLƏR
3052 Arxiv

2018.01.05

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb

AMEA-nın magistraturasına 2017/2018-ci tədris ilində “Molekulyar biologiya”, “Biotexnologiya” və “Biokimya” ixtisasları üzrə yüksək bal toplamış tələbələr qəbul olunub.

Hazırda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda I və II kurslar üzrə ümumilikdə 10 magistrant təhsil alır. İnstitutda təhsil alan magistrantların qış imtahan sessiyasına start verilib.

Yanvar ayının 4-də “Biotexnologiya” ixtisası üzrə II kurs magistrantların “Bitkilərin hüceyrə mühəndisliyi” ixtisas kursundan ilk imtahanı keçirilib. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin rəisi  Fikrət Feyziyev imtahan sessiyasının gedişatı ilə tanış olub.

Magistrantlar 2 saat ərzində davam edən imtahan prosesində kifayət qədər mürəkkəb fənnin suallarını dəqiq və ətraflı cavablandıraraq yüksək bal toplayıblar.

http://science.gov.az/news/open/7132