XƏBƏRLƏR
3558 Arxiv

2015.06.04

04.06.2015-ci il tarixində Zoologiya İnstitutunda Azərbaycan Zooloqlar Cəmiyyətinin iclası keçirildi.

04.06.2015-ci il tarixində Zoologiya İnstitutunda Azərbaycan Zooloqlar Cəmiyyətinin iclası keçirildi.

Iclasda keçən dövr ərzində cəmiyyətin gördüyü işlər haqqında Cəmiyyətin elmi katibi, b.ü.f.d Barat Əhmədov geniş məruzə ilə çıxış etdi və Cəmiyyət tərəfindən həyata keçirilən layihələr, tədbirlər və çap işləri barəsində əyani vəsaitləri iştirakçıların nəzərinə çatdırdı.

Iştirakçılar tərəfindən Cəmiyyətin gördüyü işlər yüksək qiymətləndirildi və bəzi təkliflər verildi.

Yığıncağın ikinci mərhələsində Cəmiyyətin Mərkəzi Şurasının, “Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri” toplusunun redaksiya heyətinin yeni tərkibi seçildi.