XƏBƏRLƏR
2882 Arxiv

2017.12.26

Çin alimləri beş saniyəyə enerji yığan batareya hazırlayıblar

Çinin Cıcian Universitetinin Polimer elmlər və mühəndislik departamentinin mütəxəssisləri beş saniyəyə tam enerji yığan alüminium-qrafen batareya hazırlayıblar. Sürətli enerjiyığma rejimində isə batareya 1,1 saniyəyə tam dolur.

Hazırlanmasında anod üçün qrafen lent, katod üçün isə alüminiumdan istifadə edilən yeni batareyanın 250 min dəfə enerji yığacaq qədər ömrü var. Bu, o deməkdir ki, hər hansı smartfona yerləşdirilən batareya gündə 10 dəfə enerji yığsa belə 70 il istifadə oluna bilər.

Cıcian Universitetinin alimləri hazırladıqları bartareyanın mənfi 40 dərəcə və müsbət 120 dərəcə temperatura davamlı olduğunu iddia etsələr də, onun kütləvi şəkildə istehsalı və istifadəsi üçün texniki baxımdan hələ çox iş görmək lazım gəldiyini bildirirlər.

Ekd.me

http://science.gov.az/news/open/7085