XƏBƏRLƏR
2876 Arxiv

2018.01.13

AMEA Zoologiya İnstitutunun bir sıra əməkdaşlarının elmi vəzifələri artırılıb

AMEA Zoologiya İnstitutunun rəhbərliyinin  göstərişi ilə institutun aşağıda adları çəkilən əməkdaşlarının məhsuldar elmi fəaliyyəti, aldığı elmi nəticələri nəzərə alınaraq elmi vəzifələri artırılıb.

1.Tətbiqi Zoologiya Mərkəzinin 14-cü dərəcəli müdir müavini Şeyda Məhərrəmova 19.12.2017-ci il tarixindən “Quru onurğasızları” laboratoriyasına 3 ay sınaq müddətinə 17-ci dərəcəli laboratoriya müdiri vəzifəsinə,

2. Tətbiqi Zoologiya Mərkəzinin 9-cu dərəcəli mühəndis-proqramlaşdırıcısı Vəfa Xəlilova 13.12.2017-ci il tarixindən 10-cu dərəcəli kiçik elmi işçi vəzifəsinə,

3.”Quru onurğalıları” laboratoriyasının 10-cu dərəcəli kiçik elmi işçisi Elşad Əsgərov 18.12.2017-ci il tarixindən 12-ci dərəcəli elmi işçi vəzifəsinə keçiriliblər.

Bu münasibətlə əməkaşlarımızı İnstitutun rəhbərliyi və kollektivi adından təbrik edir və işlərində daim yüksəliş arzu edirik!