XƏBƏRLƏR
4087 Arxiv

2015.05.29

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olmuşlar

AMEA Zoologiya İnstitutunun “Hidrobiologiya” laboratoriyasının elmi işçisi K.Tapdıqova “Abşeron yarımadasının duzlu və hiperqalin göllərində Artemia xərçənginin yayılması, ehtiyatı və səmərəli istifadə olunması yolları” mövzusunda elmi tədqiqat işinə aid material toplamaq üçün 18.05. - 29.05.2015-ci il tarixlərində  Abşeron yarımadasına ezam olunub.Ekspedisiya müddətində adı çəkilən ərazidə 11 göl tədqiq edilmişdir. Bundan başqa ekspedisiya müddətində göllərdə bir sıra yardımçı hidroloji və ekoloji müşahidələr də aparılmışdır.Hazırda nümunələr laboratoriya şəraitində analiz edilir.

 

İnstitutun əməkdaşlarından “Teriologiya” laboratoriyasının b.e.i., b.ü.f.d. Məmmədrzayeva Esmira, k.e.i. Haxıyev Aqil və “Herpetologiya” laboratoriyasının b.e.i., b.ü.f.d. Bünyatova Səbinə 25.05.– 04.06.2015-ci il tarixlərində Yardımlı rayonunun Avaş, Arvana, Qaravuldaş və Deman kəndlərində ekspedisiyada olublar. Ekspedisiya müddətində institutun əməkdaşları qeyd olunan ərazilərdə sürünənlər və məməlilər faunasının monitorinqini aparıb, yeni məlumatlar əldə ediblər.

 

“Su heyvanlarının parazitləri” laboratoriyasının əməkdaşları laboratoriya müdiri, b.ü.e.d. Asif Manafov, b.ü.f.d. Yaşar Seyidli və kiçik elmi işçi Əsmər Hüseynli 01.06. - 06.06.2015-ci il tarixlərində Orta Kür hövzələrinə daxil olan, su hövzələrindən parazitoloji materiallar (molyusk, balıq körpələri, müxtəlif həşərat sürfələri) toplayıblar.Materialın bir hissəsi çöl şəraitində, qalan müvafiq hissəsi isə laboratoriyada tədqiq edilib.

 

“Su heyvanlarının parazitləri” laboratoriyasının əməkdaşı b.ü.f.d. Fuad Rzayev 01.06. - 07.06.2015-ci il tarixlərində Şabran və Xaçmaz rayonlarında ekspedisiyada olub.

 

“Ornitologiya”  laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Tahir Kərimov 01.06.-06.06.2015-ci il tarixlərində Türyançay Dövlət Təbiət Qoruğunda ekspedisiyada olub. Tədqiqat zamanı burada yaşayan leşyeyən quşların yemlənmə şəraitini öyrənib.