XƏBƏRLƏR
3260 Arxiv

2017.12.26

Biologiya və Tibb Elmləri Bölməsi və Zoologiya İnstitutunun birgə yekun Hesabatı dinlənildi

AMEA Zoologiya İnstititunda Biologiya və Tibb Elmləri Bölməsinin və Zoologiya İnstitutunun 8 dekabr 2017-ci il tarixli birgə iclası keçirildi.

İclasda AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov (sədr), Biologiya və Tibb Elmləri bölməsinin katibi Afiq Məmmədov, AMEA Zoologiya İnstitutunun Elmi Şurasının 20 üzvü iştirak etdi.

İclası giriş sözü ilə Sədr, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açıq elan edərək gündəlikdəki məsələni Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. Sonra   İnstitutun direktoru f.ü.f.d. Elman Yusifov Zoologiya İnstitutunun 2017-ci ildə elmi təşkilati fəaliyyəti haqqında geniş məlumat verdi.

Belə ki, Zoologiya İnstitutunda 2017-cı ildə 1 istiqamət, 3 problem, 11 mövzu üzrə 41 elmi tədqiqat işləri aparılıb. Birinci problem üzrə 2 mövzuya daxil olan 6 iş, ikinci problem üzrə 4 mövzuya daxil olan 10 iş, üçüncü problem üzrə 4 mövzuya daxil olan 25 iş yerinə yetirilib.

E.Yusifov bildirdi ki, İnstitut əməkdaşları tərəfindən 3-ü xaricdə olmaqla 4 monoqrafiya, 2 dərs vəsaiti, 1 metodik tövsiyə, 62 məqalə, 13 tezis çap olunmuşdur. Məqalələrdən 46-sı  xarici jurnallarda, 16-sı impakt faktorlu jurnallarda nəşr edilib ki, onlardan 10-u Thomson Reuters bazasına daxildir. Hesabat ilində institut əməkdaşlarının elmi əsərlərinə 15 istinad  olunub.

Sonda müzakirələr aparılaraq, hesabatın qəbul olunması məqsədəuyğun hesab edildi.