XƏBƏRLƏR
3245 Arxiv

2017.12.12

Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib

Dekabrın 10-da Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib.

Norveçin Kralı V Haraldın iştirakı ilə keçirilən təntənəli mərasimdə Kral ailəsi, ölkənin Baş naziri, hökumətin və Ali Məhkəmənin üzvləri də iştirak ediblər.

İlk öncə Oslo şəhərində 2017-cı il Nobel Sülh Mükafatı “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya” (İCAN) təşkilatının İcraçı direktoru Beatrice Fihnə təqdim edilib.

Daha sonra Fizika sahəsində builki Nobel Mükafatı LIGO detektorunun inkişafına verdiyi həlledici töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə üç amerikalı alimə - Rayner Vaysa, Barri Barişa və Kip Torna  verilib.

Kimya üzrə Nobel Mükafatına müvafiq olaraq, məhlulda biomolekulların yüksək həlletmə qabiliyyətli strukturunun müəyyənləşdirilməsi üçün kryo-elektron mikroskopiya texnologiyalarını inkişaf etdirmələrinə görə - alman əsilli amerikan Yoaxim Frank, isveçrəli Jak Duboçet və britaniyalı Riçard Henderson layiq görülüblər.

Fiziologiya və təbabət sahəsi üzrə Nobel Mükafatları amerikalı Ceffri C Holl, Maykl Rosbaş və Maykl Yanqa təqdim edilib. Onlar bu mükafatı “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə alıblar.

Ədəbiyyat sahəsində Nobel Mükafatına isə yapon əsilli britaniyalı yazıçısı Kadzuo İsiquro layiq görülüb.

İqtisadiyyat üzrə Nobel mükafatı “davranış iqtisadiyyatı” sahəsində tədqiqatlarına görə Amerikanın Çikaqo Universitetinin alimi Riçard H. Talerə verilib.

Üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və məbləği 9 milyon İsveç kronu (təqribən 1,06 milyon dollar) təşkil edən pul mükafatı laureatlara Kralı ХVI Karl Qustav tərəfindən təqdim olunub. Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da verilib.

Sonda Nobel Mükafatı laureatları və qonaqlar üçün rəsmi ziyafət verilib.

www.ntv.ru

http://science.gov.az/news/open/6969