XƏBƏRLƏR
3221 Arxiv

2017.12.05

Sərvlərin bioekoloji və rentgenoloji xüsusiyyətlərindən bəhs edən yeni nəşr

Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən, b.ü.f.d., dosent Vahid Fərzəliyevin və bu müəssisənin Bitkilərin mühafizəsi və monitoriqi laboratoriyasının əməkdaşı, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun "Sərvlərin bioekoloji və rentgenoloji xüsusiyyətləri" adlı kitabı çapdan çıxıb.

Kitabda müxtəlif zaman kəsiklərində Abşeron yarımadasına introduksiysa edilmiş sərv növlərinin bioekoloji, rentgenoloji xüsusiyyətləri işıqlandırılıb. Əsərdə, həmçinin sərvlərin biomorfoloji əlamət və xüsusiyyətləri əsasında tərtib edilmiş hərfli-rəqəmsal politomik təyinat açarı və onun tətbiqinin müsbət nəticələri öz əksini tapıb.

Yeni nəşrdə toxumların müqayisəli həyatiliyi, orta inkişaf sinfi və morfostrukturunun rentgenoqrafiki təhlili də verilib

Kitab botanik, introduktor, biomüxtəliflik üzrə mütəxəssislər, biologiya və aqrar elmlər üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

http://science.gov.az/news/open/6916