
2018.01.05
AMEA Zoologiya İnstitutunun bir sıra əməkdaşlarının elmi vəzifələri artırılıb
Zoologiya İnstitutunun rəhbərliyinin 30 Noyabr 2017-ci il tarixli Əmri ilə İnstitutun aşağıda adları çəkilən əməkdaşlarının məhsuldar elmi fəaliyyəti, ekspedisiyalarda aktiv iştirakı, aldığı elmi nəticələri nəzərə alınaraq elmi vəzifələri artırılıb.
1.“Parazitologiya” laboratoriyasının 9-cu dərəcəli böyük laborantı Hüseynova Gülnarə Tahir qızı 01.12.2017-ci ildən konkursa qədər 10-cu dərəcəli kiçik elmi işçi vəzifəsinə,
2.“Parazitologiya” laboratoriyasının 7-ci dərəcəli böyük laborantı Quliyeva Gülnar Qəhrəman qızı 01.12.2017-ci ildən konkursa qədər 9-cu dərəcəli kiçik elmi işçi vəzifəsinə,
3.“Parazitologiya” laboratoriyasının 10-cu dərəcəli kiçik elmi işçisi Həsənli Nərmin Adil qızı 01.12.2017-ci ildən konkursa qədər 9-cu dərəcəli elmi işçi vəzifəsinə və
4.“Tətbiqi Zoologiya Mərkəzi”nin 8-ci dərəcəli böyük laborantı Dadaşova Ləman Bəhram qızı 01.12.2017-ci ildən konkursa qədər 9-cu dərəcəli kiçik elmi işçi vəzifəsinə keçirilmişdir.
Bu münasibətlə əməkaşlarımızı İnstitutun rəhbərliyi və kollektivi adından təbrik edir və işlərində daim yüksəliş arzu edirik!