XƏBƏRLƏR
3685 Arxiv

2017.12.28

AMEA Zoologiya İnstitutunun işçisi su anbalarında monitorinq həyata keçirib

AMEA Zoologiya İnstitutunun Quru  onurğalıları laboratoriyasının  böyük elmi işçisi Tahir Kərimov  Varvara və Taxtakörpü Su anbalarında  monitorinq  həyata keçirib.

İnstitutun elmi tədqiqat  planına uyğun olaraq həyata keçirilən monitorinq 13-22 noyabr tarixlərində aparılıb.

Monitorinq  zamanı  həmin su anbarlarında miqrasiya edən və qışlamağa qalan su və sahil quşlarının  növ  tərkibi, sayları  müəyyən  edilib. 

Monitorinq zamanı həmin quşların yemlənmə, istirahət, gecələmə  davranışları da  öyrənilib.