XƏBƏRLƏR
3327 Arxiv

2015.05.12

XƏBƏRLƏR

12.05.2015-ci il tarixində Binəqədi rayonunun Biləcəri qəsəbəsinin 314 saylı orta məktəbin müəlliməsi Xıdırova Zülfiyyə Elbrus qızının rəhbərliyi ilə 7d sinif şagirdləri Zoologiya İnstitutunun  Zooloji muzeyinə ekskursiyaya gəldilər. Şagirdləri məməlilər sinfinə aid olan eksponatlarla Zooloji muzeyin direktoru, biologiya üzrə fəlsəfə doktoru İlyas Rəzzaq oğlu Babayev, balıqlar və suda – quruda yaşayanlar siniflərinə aid olan eksponatlarla Zooloji muzeyin əməkdaşı, böyük laborant Səidə Hikmət qızı Səmədova, sürünənlər və quşlar siniflərinə aid olan eksponatlarla isə  Zooloji muzeyin əməkdaşı, kiçik elmi işçi Sevinc Səadət qızı Rəcəbova tanış etdi. Şagirdlər muzey eksponatları ilə bağlı ətraflı məlumat əldə etdilər. Şagirdlərdə Zooloji muzeydə ən çox maraq doğuran eksponatlar Hindistan fili, Torşəkilli zürafə, Siyənək köpəkbalığı və ikibaşlı ilan oldu.