XƏBƏRLƏR
3401 Arxiv

2017.11.24

Akademik Vasim Məmmədəliyevin elmi-dini fəaliyyətinə həsr olunan kitab çapdan çıxıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullahın müəllifi olduğu “Akademik Vasim Məmmədəliyev irsi” kitabı çapdan çıxıb.

Nəşr görkəmli alim, QMİ-nin Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyevin elmi-dini fəaliyyətinə həsr edilib.

Kitaba ön sözü QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə yazıb. Nəşrin elmi redaktoru Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, rəyçiləri QMİ-nin sədr müavini Hacı Sabir Həsənli, professorlar - Kamandar Şərifov, Nəsib Göyüşov və dosent Zəkiyə Əbilova, redaktorları QMİ-nin şöbə müdiri Əlirza Qafarov, f.ü.f.d. Kərimulla Məmmədzadə və QMİ-nin aparıcı mütəxəssisi, f.ü.f.d. İbrahim Quliyevdir.

Əsər “Akademik Vasim Məmmədəliyevin həyatı, yaradıcılığı və elmi-dini fəaliyyətinin əsas istiqamətləri” və “Akademik Vasim Məmmədəliyev Quranşünas alim kimi” adlı fəsillərdən ibarətdir.

http://science.az/news/open/6843