XƏBƏRLƏR
3379 Arxiv

2017.11.24

Zoologiya İnstiututunun əməkdaşı İFES – Beynəlxalq Meşəçilik və Ətraf mühit Simpoziumunda iştirak edib

AMEA Zoologiya İnstiututunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşı,  biologiya üzrə fəlsəfə doktoru  Şeyda Məhərrəmova Türkiyənin Trabzon şəhərində yerləşən Qaradəniz Texniki Universiteti Meşəçilik fakültəsində (Karadeniz Teknik Üniversitesi (KTÜ) Orman Fakültəsi) keçirilən “İqlim dəyişkənliyi və ağacların miqrasiyası” İFES – Beynəlxalq Meşəçilik və Ətraf mühit Simpoziumunda iştirak edib.

Tədbirdə 12 ölkədən 230 məruzə dinlənilib.

Ş.Məhərrəmovanın “Azərbaycanın Hirkan Milli Parkında nadir ağac növlərinə ziyan vuran yarpaqbükənlər (Lepidoptera: Tortricidae)” adlı məruzəsi maraqla dinlənilmiş və məruzə ətrafında müxtəlif sahəyə aid alimlərin sualları cavablandırılıb.

Ş.M.Məhərrəmova səfər çərçivəsində bəzi görüşlər də keçirib. O, Trabzon şəhərindəki Qaradəniz Texniki Universiteti (KTÜ) Meşəçilik fakültəsinin dekanı, professor Gürsel Çolakoğlu, KTÜ Meşəçilik fakültəsinin dosenti Oğuz Kurdoğlu və Artvin şəhərində Artvin Çoruh Universitetinin (AÇU) rektoru, professor Fahrettin Tilki, AÇU Meşəçilik (Orman) fakültəsinin dekanı, professor Zafer Ölməz, AÇU prorektoru, Meşə Mühəndisliyi fakültəsinin dekanı professor Hüseyn Peter, AÇU Xarici əlaqələlər şöbəsinin müdiri  Memet Özalp, AÇU Magistr təhsili şöbəsinin müdiri dosent Hilal Turğut, dosent  Temel Goktürk, dosent Bülent Turğut və başqaları  ilə görüşüb. Görüşlər zamanı Ş.Məhərrəmova Azərbaycan Nazirlər Kabineti tərəfindən Azərbaycan-Türkiyə-Gürcüstan Respublikaları arasında AMEA-nın müxtəlif elm sahələrində “Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı” haqqında məlumat vermiş və bu istiqamətdə   həmin Universitetlər və AMEA Zoologiya İnstitutu arasında birgə yerinə yetirilə biləcək əməkdaşlıq sahələrini müzakirə etmişlər. Müzakirə zamanı hər iki Universitetin əməkdaşları AMEA Zoologiya İnstitutu ilə qarşılıqlı əməkdaşlıq təklifini müsbət qarşılamış və ən qısa zamanda birgə görülə biləcək işlər haqqında əməkdaşlığa başlayacaqları barədə məlumat verib.