XƏBƏRLƏR
3162 Arxiv

2017.11.14

Zoologiya İnstitutunun əməkdaşları neftlə çirklənmiş canlılara həsr olunan təlimdə iştirak ediblər

AMEA Zoologiya İnstitutunun  əməkdaşları noyabrın 6-7-də  «Neftlə çirklənmiş canlılar ilə əlaqədar cavab tədbirləri» («Oiled wildlife response training») adlı  təlimdə iştirak ediblər.

İki günlük təlim BP şirkəti tərəfindən təşkil olunub.

Təlimdə institutun əməkdaşlarına neftin vəhşi heyvanlara etdiyi təsirlər, təhlükəsizlik məsələləri, anatomiyanın əsasları və təhlükə altında olan növlər, idarəetmə rolları və böhranlı vəziyyətdə iş haqqında məlumat verilib. İştirakçılar təlimdə çöl əməliyyatları, vəhşi heyvanların tutulması, onlarla davranış qaydaları, neftlə çirklənmiş heyvanların təmizlənməsi və sərbəst buraxılması, belə heyvanlar üçün saxlanma obyektləri haqqında məlumatlara da yiyələniblər.

Təlimin ikinci günündə  keçirilən məşğələlərdə iştirakçıların burada yiyələndiyi biliklər  yoxlanılıb. Sonda təlimdən uğurla keçən bütün institut əməkdaşlarına sertifikat təqdim edilib.