XƏBƏRLƏR
4177 Arxiv

2015.05.07

XƏBƏRLƏR

AMEA Zoologiya İnstitutunda 07.05.2015-ci il tarixində elmi seminar keçirilmişdir.

Seminarda  “Herpetologiya” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. T. İsgəndərovun“Azərbaycanın amfibilər və reptililər faunasına aid  taksonların elmi adlarının azərbaycanca işlədilməsi barədə” məruzəsi dinlənilmişdir. Məruzədə dünyanın və Avrasiya məkanının amfibilər və reptililər faunasının taksonomiyasına aid son 25-30 ildə əldə edilmiş elmi sistematika yenilikləri  nəzərə alınmaqla Azərbaycanın amfibilər və reptililər faunasının müasir  taksonomik spektri  dəstə, fəsilə, cins, növ və yarımnöv səviyyələrində təqdim olundu. Taksonomik spektrdə amfibi və reptililərin taksonlarına (dəstə, fəsilə, cins, növ) zooloji nomenklaturanın beynəlxalq kodeksinin ümumi qəbul olunmuş prinsiplərinə uyğun  qaydada azərbaycanca  elmi adlar təklif olunmuş  və bununla da taksonların elmi adlarının azərbaycanca işlədilməsində mövcud çatışmamazlıqlar  aradan qaldırılmış oldu.