XƏBƏRLƏR
2988 Arxiv

2017.11.14

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin rəsmi facebook səhifəsi fəaliyyətə başlayıb

AMEA Zoologiya İnstitutunun nəzdində Tətbiqi Zoologiya Mərkəzində tibb zəlisi, su ilanı, müxtəlif kənd təsərrüfatı ziyanvericilərinə qarşı tətbiq oluna bilən bir neçə növ xeyirli parazitoid, yırtıcı həşəratlar, müxtəlif nadir və azsaylı ekzotik quş növlərinin laboratoriya şəraitində artırılmasına başlanılıb.

Bu il martın 1-dən yaradılan AMEA Zoologiya İnstitutunun nəzdində Tətbiqi Zoologiya Mərkəzində az müddətdə böyük uğurlar əldə edilib.

Müxtəlif yönümlü tədqiqatlar aparan mərkəzin riyazi modelləşdirmə qrupu həm də aparılan tədqiqatların riyazi analizini və alınan nəticələrin uzunmüddətli proqnozlaşdırılmasını araşdırır.

Qeyd edək ki, artıq Mərkəzin rəsmi facebook səhifəsi fəaliyyətə başlayıb.

https://www.facebook.com/AMEA-Zoologiya-Institutunun-T%C9%99tbiqi-Zoologiya-M%C9%99rk%C9%99zi-152027838735610/?fref=ts