XƏBƏRLƏR
2923 Arxiv

2017.11.14

Şagirdlər Zoologiya İnstitutunun Zooloji Muzeyinə ekskursiya ediblər

Şagirdlər AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyinə ekskursiya ediblər. Qərb Universitetinin nəzdindəki orta məktəbin 16 şagirdi, İncəsənət Gimnaziyasının 20 şagird, Nizami rayonu 242 saylı orta-məktəbin 28 şagirdinin müəllimləri ilə birlikdə muzeyə ekskursiyası təşkil edilib.
Şagirdlər ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlər, onların ekoloji xüsusiyyətləri ilə tanış olublar. Şagirdlərə həmin növlərin qorunması istiqamətində görülən işlər barədə də məlumat verilib.

Belə ekskursiyalar şagirdlərə orta məktəblərdə tədris olunan fənn proqramının daha rahat mənisəniməsinə kömək edir.