Dəstə: Petromyzontıformes (Minoqakimilər)

ORDO: PETROMYZONTIFORMES BONAPARTE, 1832 - MİNOQAKİMİLƏR

Bu dəstənin nümayəndələrinin bədəni qurda oxşayır, üzəri pulcuqsuzdur və səthi çox seliklidir. Xordası yaxşı inkişaf etmişdir, skeleti sümüksüzdür, cüt üzgəcləri yoxdur, başı üzərində bir tək burun dəliyi yerləşmişdir. Ağızı dəyirmi, sormac şəklindədir, ağız divarlarında və dili üzərində buynuz maddəsindən olan dişlər yerləşir. Şimal və Cənub yarımkürəsinin su hövzələrində qırxa qədər növü yaşayır. Bunların hamısı şirin sularda çoxalır, həm keçici formaları və həm də daim şirin sularda yaşayan çay və göl formaları vardır. Azərbaycanda – Xəzər dənizi sularında 1 növü yayılmışdır.