Tətbiqi Zoologiya Mərkəzi

Tətbiqi Zoologiya Mərkəzi iki laboratoriyanın: “Cücülərin ekologiyası və fiziologiyası” və “Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyalarının bazasında yaradılmış və 1 mart 2017-ci il tarixindən fəaliyyət göstərir.

Təsərrüfat əhəmiyyətli növlərin müasir vəziyyəti, zərərverici növlərə qarşı inteqrir mübarizə yollarının araşdırılması;

Səmərəli entomofaqların və nadir növlərin süni şəraitdə çoxaldılma üsullarının hazırlanması.

 Respublikanın su hövzələrində sayı kəskin azalmış tibb zəlisinin ilk dəfə olaraq kütləvi çoxaldılma üsulu işlənilmiş və 700-dək balalar alınaraq Mingəçevir elmi-təcrübə stansiyasina məxsus xüsusi gölməçəyə buraxılmışdır. Nadir quşlardan olan Qafqaz və Zümrüdü qırqovulların otaq və yarımsərbəst (volyer) şəraitdə çoxaldılması müqayisəli tədqiq edilmiş, onların kütləvi çoxaldılması üçün optimal variantlar əldə olunmuşdur. İlk dəfə olaraq qərzəkli-meyvəli bitkilərdən findıq və qoz zərərvericiləri, onların entomofaqları əraflı tədqiq olunmuşdur. Kənd təsərrüfatı bitkilərinin, o cümlədən, pambığın qorxulu zərərvericisi olan pambıq sovkasının Neftçala və Ağdaş rayonlarında müasir vəziyyəti araşdırılmış, ona qarşı kompleks mübarizə tədbiri hazırlanmışdır. Səmərəli entomofaq olan habrobrakon hebetor parazitoidi laboratoriya şəraitində kütləvi çoxaldılmış və zərərvericilərə qarşı tətbiq olunmuşdur. Kartofun ciddi zərərvericisi olan kolorado böcəyinə qarşi səmərəli nematod olan Steinernema feltiae laboratoriya şəraitində mum güvəsi sürfələri və suni qida (it yemi) üzərində çoxaldılaraq, müxtəlif dozalı insektisidlərə qarşı dözümlülüyü araşdırılmışdır. İlk dəfə olaraq Azərbaycanın şərq ərazilərində su ilanının (Natrix tesselota) morfoloji, bioekoloji və yaşayış şəraitinə adaptasiya xüsusiyyətləri araşdırılmış, onun 28 morfu müəyyənləşdirilmişdir. Nar bitkisi üzərində Bərabərqanadlılar dəstəsinə mənsub 3 növ (Aphis punicae P., Ceroplastes japonicus G., Pseudococcus comstocki K.) Uzunbığ böcəklər fəsiləsinə aid 2 növ (Gracilia minuta F., Tricoferus fasciculatus F.) zərərverici və nar mənənəsi ilə qidalanan Coccinellidae fəsiləsinə məxsus 15 növ yırtıcı aşkar olunmuşdur.

Laboratoriya müdiri  APARICI ELMİ İŞÇİLƏR BÖYÜK ELMİ İŞÇİLƏR ELMİ İŞÇİLƏR KİÇİK ELMİ İŞÇİLƏR BÖYÜK LABORANT

   b.ü.f.d. Əhmədov Barat Əbdül oğlu   

 b.ü.f.d. Əbülfəz Nağı oğlu Tağıyev

 b.ü.f.d. Mustafayeva İradə Eldar qızı İsmayılova Gülnaz Əzizağa qızı Dadaşova Ləman Bəhram qızı Həmzəyeva Gülarə Fərhad qızı
 b.ü.f.d. Rubsova Lyudmila Yevgenyevna qızı  b.ü.f.d. Mədətov Ramiz İdris oğlu Şahverdiyeva Zinyət Bafadar qızı Quliyeva Ülkər Bəşir qızı
 b.ü.f.d. Nuriyeva İradə Ağaverdi qızı b.ü.f.d. Səliqə  Qazi Qalib qızı Qubadova Mətənat Oruc qızı Axundova Nərmin Şahin qızı
 b.ü.f.d. Səfərova İlhamə Müdafiə qızı   Rəfiqə Qazi Camal qızı 

b.ü.f.d. Hacıyeva Səkinə

Əhməd qızı

 Rzayeva Güntəkin Zabil qızı
Güləhmədzadə Fatimə Hidayət qızı