Parazitologiya Laboratoriyası

 1945-ci ildə akademik S.M.Əsədovun rəhbərliyi ilə Zoologiya İnsitutunda “Ekoloji Parazitologiya” laboratoriyası yaradılmışdır.
 1971-ci ildə “Su heyvanlarının parazitləri” ( əsası biologiya elmlər doktoru, professor Mikayılov Tofiq Kərrar oğlu tərəfindən qoyulub), 1974-cü ildə “Helmintlərin ekologiyası” laboratoriyaları (əsası professor ismayıl Ələkbər oğlu Sadıqov tərəfindən qoyulub) yaradıldı.
 2013-cü ildə “Helmintlərin ekologiyası” və “Helmintlərin sistematika və biologiyası” laboratoriyaları “Helmintologiya” laboratoriyası adı altında birləşdirildi.
 2017-ci il fevral ayının 15-də “Su heyvanlarının parazitləri” və “Helmintologiya” laboratoriyaları “Parazitologiya” adı altında birləşdirildi.

• Azərbaycanda onurğalı heyvanların və bitkilərin helmintlərinin növ müxtəlifliyinin, bioekoloji xüsusiyyətlərinin, landşaft-ekoloji zonalar üzrə yayılmasının tədqiqi, epidemioloji və epizootoloji əhəmiyyət kəsb edən helmint növlərinin müəyyən edilməsi və onlara qarşı profilaktik mübarizə tədbirlərinin işlənib hazırlanması, başlıca helmintlərin təbii ocaqlılığının aşkar edilməsi;

• Parazitlərin növ müxtəlifliyi, yayılması, mənşəyi və formalaşması yollarının tədqiqi;

• Parazitlərin mikromorfologiyası, ultrastrukturu, histokimyəvi göstəriciləri, say dinamikası. Parazitlərin biologiyası və fərdi inkişafının tədqiqi;

• Su heyvanlarının parazit faunasının müqayisəli-ekoloji təhlili, parazitar xəstəliklərinin diaqnostikası, profilaktika və müalicəsinin təşkili.

İlk dəfə olaraq, gəmiricilərdə trematod, sestod, akantosefal və nematod siniflərinə aid 70 növ helmint aşkar edilmişdir. Bunlardan 2 növ Qafqaz faunası, 9 növ isə Azərbaycan faunası üçün yenidir. 19 növ oribatid gənələrinin gövşəyən heyvanlarda parazitlik edən monieziyaların aralıq sahib olması müəyyən edilmişdir. Vəhşi məməli heyvanlarda aşkar edilmiş 136 növ helmintdən Centrorhynchus itatsinis, Taenia servi, T.laticollis, Plagiorchis elegans, Mesocestoides corti, Passalurus nonannulatus, Bronche strongylus cubcrenatus, Pharyngostomum cordatum, Euparyphium melis, Diplopylidium skryabini, Rictularia affinis növləri ilk dəfə aşkar edilmişdir. İlk dəfə olaraq, 7 növ helmint üçün yeni sahib müəyyən edilmişdir. Хəzər dənizi balıqları parazitlərinin növ tərkibi, mоrfоlоgiyası, ekоlоgiyası, faunasının mənşəyi və fоrmalaşması əsaslı öyrənilərək, müхtəlif təsnifat qruplarına aid оlan 371 növ parazit aşкar edilmişdir. Azərbaycanın daxili su hövzələrində, xüsusilə Kür çayı hövzəsinə daxil olan sututarlarda və Xəzər dənizinin bütün sahil zolağında balıq parazitlərinin növ tərkibi öyrənilmiş, parazitlərin ekoloji, zoocoğrafi və epizootoloji təhlili həyata keçirilərək elm üçün yeni 2 cins və 26 növ müəyyən edilmişdir. İlk dəfə Azərbaycan ərazisində Melanopsis praemorsa L.,1758 mollyuskunda tapılan unikal trematod faunasının dünyanın heç bir yerində və heç bir başqa sahibdə rastlanmadığı müəyyən edilmişdir. Bu mollyusklardan elm üçün ilk dəfə qeyd edilən 33 növ serkarinin mikromorfoloji şəkilləri və müvafiq morfoloji təsvirləri hazırlanaraq növlər sənədləşdirilmişdir. Azərbaycanın balıqçılıq təsərrüfatlarında yayılan və balıqçılığa ciddi ziyan vuran parazitar xəstəliklər müəyyən edilmiş, onların müxtəlif amillərdən asılılığı müəyyənləşdirilmişdir. Ağcaqanad sürfələrində parazitlik edən mikrosporidilərin növ tərkibi, sahiblərlə qarşılıqlı münasibətləri, say dinamikasına təsiri, coğrafi və mövsümi yayılması tədqiq edilmişdir. Labоratоriyada uzun illər ərzində aparılan tədqiqatlar əsasında 800-dən artıq elmi məqalə və 15 mоnоqrafiya çap edilmiş, 8 nəfər elmlər dокtоru, 27 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

LABORATORİYA MÜDİRİ V.İ.E APARICI ELMİ İŞÇİLƏR BAŞ ELMİ İŞÇİLƏR BÖYÜK ELMİ İŞÇİLƏR ELMİ İŞÇİLƏR KİÇİK ELMİ İŞÇİLƏR BÖYÜK LABORANT
b.e.d. Manafov Asif Abbas oğlu b.ü.f.d. Reyhan Şöhlət qızı İbrahimova b.e.d. Mahir Əli oğlu Hüseynov b.ü.f.d. Yaşar Mədət oğlu Seyidli Nərmin  Adil qızı Əsgərova Budaqova Təranə İsmayıl qızı Səfixanova Vüsalə Vitalik qızı
b.ü.f.d. Rzayev Fuad Hüseynəli oğlu b.e.d. Əli Məmməd oğlu Nəsirov b.ü.f.d. Aynurə Alı qızı Namazova Namiq Müzəffər oğlu Rzayev Nərmin Rauf qızı Mütəllibova
b.e.d. Mahmudova Yeganə Əbil Həsən   b.ü.f.d. Bünyatova Könül İbad qızı  Nihal Eldar qızı İbrahimova Qocayeva Əsmər Ərəstun qızı

b.ü.f.d. Aslanova Elnurə Kamil qızı

Hüseynova Gülnarə Tahir qızı Hacıağayeva Aynur Yaşar qızı
Məmmədhəsənova Suman Natiq qızı