İnstitutun İctimaiyyətlə Əlaqələr Şöbəsi 2017-ci ildə yaradılmışdır. Şöbənin yaradılmasında əsas məqsəd ARETN Zoologiya İnstitutunun vahid informasiya siyasətini həyata keçirmək, İnstitutun fəaliyyətini Azərbaycan və dünya elmi ictimaiyyətinə çatdırmaq, İnstitutda aparılan islahatlar, elmi tədqiqatlar, əldə olunan nailiyyətlər, keçirilən müxtəlif səpkili tədbirlər və s. haqqında məlumatların ictimaiyyətə və KİV-ə operativ və sistemli şəkildə ötürülməsini təmin etmək, İnstitutun alim və mütəxəssislərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaratmaq,elmin kütləvi təbliği və populyarlaşdırılmasını təşkil etməkdən ibarətdir.
İnstitutun fəaliyyəti barədə müvafiq məlumatları ictimaiyyətə çatdırmaq, bununla əlaqədar press-reliz, məlumat bülleteni, bəyanat, o cümlədən müsahibə və çıxışlar hazırlamaq;
İnstitut əməkdaşlarının KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, media nümayəndələri ilə görüşlərini təşkil etmək;
İnstitutunun fəaliyyəti ilə bağlı KİV-də yayılan materialların gündəlik monitorinqini aparmaq.
Şöbə müdiri: Nadirli Elmar Eldar oğlu
Baş mütəxəssislər: Hüseynova Ləman Yusif qızı
Məmmədova Aysel Azər qızı
Mütəxəssislər: Əbil Qasımov Etibar oğlu
Ələsgərli Aydan Aydın qızı
Kompüter operatoru: Orucova Könül Ağababa qızı
Fotoqraf:
Redaktor : Kazımova Sevda Nizami qızı