AMEA-nın Zoologiya İnstitutunda “Quru onurğasızlar”ı laboratoriyasının əsas məqsədi quru onurğasızlarının növ tərkibi, paylanması, zoocoğrafi yayılması, həmçinin onların təsərrüfat əhəmiyyətinin, perspektiv növlərin bioekoloji xüsusiyyətlərinin tədqiqi, kənd təsərrüfatı, park-dekorativ bitkilərə zərər verən müxtəlif növ həşəratların, onların zərərvericiliyinin, yayılmasının öyrənilməsi, eləcə də onların say tənzimində rol oynayan entomofaqların biomüxtəlifliyinin aşkarlanması, zərərvericilərin say tənzimində onların rolu, bioloji mübarizədə onlardan istifadə olunmasının müəyyənləşdirilməsidir. Müxtəlif amillərin həşərat populyasiyalarının fizioloji vəziyyətinə təsiri, parazitoid-sahib kompleksində davranış xüsusiyyətləri, parazitoidlərin səmərəliliyinin riyazi qiymətləndirilməsi, təsərrüfat əhəmiyyətli həşəratların rolunun qiymətləndirilməsidir.
Azərbaycanın quru onurğasızları faunasının tədqiqi, sorucu zərərvericilər, onların parazit və yırtıcılarının biomüxtəlifliyinin, bioekoloji xüsusiyyətlərinin tədqiqi;
Azərbaycanda quru onurğasızlarının müxtəlif qruplarına aid olan həşəratların biomüxtəlifliyinin biolekoloji və molekulyar-genetik tədqiqatlar əsasında öyrənilməsi və təsərrüfat əhəmiyyətli növlərin aşkar edilməsi.
Qızıl böcəklər (Buprestidae) fəsiləsi üzrə 54 növ, torqanadlılar (Neuroptera) üzrə 30 növ, qarışçı kəpənəkləri (Lepidoptera Geometridae) üzrə 47 növ (11 növ Azərbaycan faunası üçün yenidir), iynəcələr (Insecta, Odonata) üzrə 12 növ, otbiçənlər (Arachnida, Opiliones) üzrə 4 növ, hörümçəklər (Arachnida: Araneae) üzrə 72 növ aşkar olunmuşdur. Bunlardan 1 növ (Plexippus devorans (O. P.-Cambridge, 1872) Qafqaz faunası üçün ilk dəfə qeyd olunmuşdur. Tetrapodili gənələrindən 39 növ qeyd olunmuşdur ki, bunlardan 17 növ, Actinedid (8 növ) gənələrdən isə 1 növ (Neomolgus capillatus (Kramer, 1881) Azərbaycan faunası üçün ilk dəfə qeyd olunm uşdur. Daşkəsən-Gədəbəy zonasında aşkar edilmiş 19 növ zolaqlı arının (Hymenoptera, Apidae) topladığı tozcuqların analizinin nəticələrinə əsasən bu arıların trofik əlaqələri tədqiq edilmişdir. Zolaqlı arılar biotoplar üzrə yayılmalarına görə 4 qrupa bölünmüşdür: çöl (3 növ), meşə (9 növ), çəmən (13 növ), evritop (5 növ). 19 növ zolaqlı arının ucuş fenologiyası tərtib edilmişdir.
LABORATORİYA MÜDİRİ V.İ.E | APARICI ELMİ İŞÇİLƏR | BAŞ ELMİ İŞÇİLƏR | BÖYÜK ELMİ İŞÇİLƏR | ELMİ İŞÇİLƏR | KİÇİK ELMİ İŞÇİLƏR | BÖYÜK LABORANT |
---|---|---|---|---|---|---|
b.ü.f.d. Hüseynzadə Gülər Aydın qızı | b.ü.f.d. İlhamə Kərimova Qüdrət qızı | b.e.d. Sneqovaya Natalya Yuriyevna | b.ü.f.d. Əliyeva Arifə Rəbbil qızı | Nuruyeva Tamara Vaqif qızı | Aslanova Gülnarə Mirzə Bala qızı | |
b.ü.f.d. Hüseynova Ellada Ağaməlik qızı | b.ü.f.d. Musayeva Zöhrə Yusif qızı | Məmmədov Aydın Ələkbər oğlu | ||||
b.ü.f.d. Rəhimli Lalə Araz qızı | ||||||
b.ü.f.d. İsayeva Kəmalə Bəhlul qızı | ||||||