Barat Əbdül oğlu Əhmədov

Barat Əbdül oğlu Əhmədov

“Tətbiqi Zooloji Mərkəzi”nin müdiri

  Anadan Olduğu Yer: Azərbaycan Respublikası, Zəngilan şəhəri
  Təvəllüdü: 18.02.1948
  Bitirdiyi Ali Təhsil Müəssisəsi:

Azərbaycan Dövlət Pedagoji İnstitutu

Elmi Dərəcəsi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
Elmi Rütbəsi:
  Namizədlik (PhD) Dissertasiyasının Mövzusu:
İxtisas şifri:

03.00.09

İxtisasın adı:

Entomologiya

Mövzunun adı: Azərbaycan şəraitində pambığa zərər verən mənənələrin (AphisgossypiiGlov., A.craccivoraKoch.) fototermiki reaksiyaları və polimorfizinin ekoloji nizamlanması
  Doktorluq Dissertasiyasının Mövzusu:  
İxtisas şifri:
İxtisasın adı:
Mövzunun adı:
  Çapdan Çıxmış Elmi Əsərlərinin Ümumi Sayı: 95
Xaricdə Çıxmış Elmi Əsərlərinin Sayı: 35
Beynəlxalq Bazalarda Referatlaşdırılan və İndeksləşdirilən Jurnallarda Çap Olunan Məqalələrin Sayı: 26
  Müəlliflik Şəhadətnamələrinin və Patentlərin Sayı:
Kadr hazırlığı:  
Fəlsəfə Doktorlarının Sayı: 5
Əsas Elmi Nailiyyətləri:

Əsas icraçısı olduğu 2 təsərrüfat müqaviləli elmi-tədqiqat işinin  nəticələrinə görə keçmiş Ümumittifaq XTN sərgisinin bürünc medalına layiq görülmüşdür.

Onun tədqiqatlarının əsasını mənənələrdə polimorfizmin fototermiki cəhətdən tənzimlənməsi, bəzi kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və onların entomofaqlarının sutkalıq və mövsümi bioritmləri, say dinamikaları, tənəffüs intensivliyi, tənəffüs intensivliyinin müxtəlif amillərdən asılılığı, zərərvericilərin bioekoloji  xüsusiyyətlərinin araşdırılması və onlara qarşı səmərəli mübarizə üsullarının hazırlanması və s. təşkil edir.

Apardığı bioekoloji və fizioloji tədqiqatların nəticələri 90-dan artıq elmi əsərlərdə  (onlardan 1 monoqrafiya, 5-i kitabça- 248 səh., bir neçə buklet ) öz əksini tapmışdır.

B.A.Əhmədovun rəhbərliyi ilə hazırlanmış 3 tətbiq planı (“Amerika ağ kəpənəyinə qarşı kompleks mübarizə tədbirləri”, “Neftlə çirklənmiş meşə ərazilərində nadir həşərat növlərinin qorunması”  və “Azərbaycanın Böyük Qafqaz meşələrində təkipəksarıyana qarşı mübarizə tədbirləri”) Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Deportamenti tərəfindən Respublika ərazisində həyata keçirilmişdir.
   Elmi Əsərlərinin Adları:

1. Azərbaycanda yetişdirilən günəbaxan bitkisində qeydə alınmış böcəklər (Coleptera). “Elmi tədqiqatlara müasir yanaşma” VII Beynəlxalq Avropa konfransı. Ştutqard, Almaniya, 2013
2. Koksinidlərin Aphiscraccivora Koch.,1854, and Aphisgossypii Glover,1877. mənənələrinin sayının tənzimlənməsində rolu Türkiyə “Zoologiya” jurnalı (ingilisdilində), 7 səh.2014.
3. Dəyişkən temperature şəraitində gün uzunluğunun bəzi pulcuqqanadlıların (Lepidoptera) tırtıllarının inkişafına təsiri. J. “Saratov Aqrar Universitetinin xəbərləri”, 2014.15 s.

4.About the study of the Egyptian locust (Anacridium acgyptium (Linnaeus, 1758)) in Azerbaijan. Journal of Entomology and Zoology Studies, 2018. P.7-12

Respublika, Beynəlxalq və Xarici Ölkələrin Elmi Qurumlarında Üzvlüyü: Azərbaycan Zooloqlar Cəmiyyəti - elmi katib
Pedaqoji Fəaliyyəti:
Digər Fəaliyyəti: AMEA “Zoologiya institutunun əsərləri” və “Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri” toplularının məsul redaktoru
Təltif və Mükafatları: AMEA-nın Fəxri Fərmanları
SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı
  Əsas İş Yeri və Ünvanı: AZ1004, Azərbaycan Respublikası, Bakı ş., A.Abasovküç., 1128 döngə, 504 məhəllə
  Vəzifəsi: “Tətbiqi Zooloji Mərkəz”in müdiri
  Telefon:

Xidməti Telefon: (+994 12) 539 73 59

Mobil Telefon: (+994 50) 422 10 72

Ev Telefonu: (+994 12) 581 06 87

Faks:  

Elektron Poçtu:

barat_ahmedov@yahoo.com  
barat@zoology.science.az