ELANLAR
3338 Arxiv

2017.04.12 13:06

05-06 May 2017-ci tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçiriləcək

05-06 May tarixlərində keçiriləcək “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”-nın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır.

Konfransın elmi istiqamətləri“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”-nın əsas elmi istiqamətləri aşağıdakılardır:

 

o        Mühəndislik elmləri

o        Təbiət elmləri

o        İqtisadiyyat elmləri

o        Filologiya elmləri

o        Pedaqogika

o        Tarix və Hüquq

http://www.yric.az/