ELANLAR
3166 Arxiv

2017.04.07 22:15

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

28 aprel 2017-ci il tarixində Akademiyanın Əsas binasında AMEA-nın Ümumi yığıncağı keçiriləcək.

Ümumi yığıncağın gündəliyində AMEA Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın müzakirəsi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”, Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis edilmiş AMEA-nın adlı mükafatlarının təqdimatı nəzərdə tutulub.

Tədbirdən öncə Akademiyanın 2016-cı ildəki elmi nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçiriləcək.

http://www.science.az/news/open/5371