ELANLAR
3227 Arxiv

2016.09.22 09:45

"Qadınların inkişafa töhfəsi" mükafatı

İslam İnkişaf Bankı (İİB) tərəfindən elan olunmuş "Qadınların inkişafa töhfəsi" mükafatının 12-ci buraxılışı "Xərçəngin qarşısının alınması və ona nəzarətə qadınların töhfəsi" mövzusuna həsr olunmuşdur.

Qaliblər İİB-nin Müdirlər Şurasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək 42-ci toplantısı zamanı mükafatlandırılacaqlar. Mükafatın məqsədi sosial-iqtisadi inkişaf prosesində qadınların iştirakını tanımaq, onları ruhlandırmaq və təltif etməkdən ibarətdir.

Ətraflı məlumat və müraciət formalarnı İİB-nin rəsmi internet səhifəsindən www.isdb.org) əldə etmək olar. Mükafatlandırma şərtlərinə cavab verən namizədlər ərizə və müvafiq məlumatları 30 noyabr 2016-cı il tarixinə qədər İİB-ə göndərməlidir.