ELANLAR
207
Arxiv
2026.05.15 15:15
Canlı Sistemlərin Tədqiqi İnstitutu sizi Açıq Qapı Gününə dəvət edir
Azərbaycanda qeyd olunan “Beynəlxalq Muzeylər Günü” münasibətilə 18 may 2026-cı il tarixində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun nəzdində fəaliyyət göstərən ZOOLOJİ MUZEY-də “Açıq qapı” günü təşkil olunacaq. Tədbirin məqsədi ictimaiyyətin təbiət elmlərinə və biomüxtəlifliyin qorunmasına marağının artırılması, həmçinin zooloji irsin təbliğidir.
Ziyarətçilər muzeyin ekspozisiyasında nümayiş etdirilən Azərbaycan və dünya faunasına aid müxtəlif növlərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, muzey saat 17:00-dək fəaliyyət göstərəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.




