ELANLAR
338
Arxiv
2026.05.07 13:36
Canlı Sistemlərin Tədqiqi İnstitutunda doktorluq (minimum) imtahanları keçiriləcək
ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-də 2026-cı ildə yay imtahan sessiyasında ixtisas fənnləri (2401.01-Zoologiya, 2413.01-Entomologiya, 2429.01-Parazitologiya, 2411.01 - "İnsan və heyvan fiziologiyası", 2406.02 - "Biokimya") üzrə doktorluq (minimum) imtahanları keçiriləcəkdir.
İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 29 may 2026-cı il tarixinədək aşağıdakı sənədləri Təhsil şöbəsinə təqdim etsinlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;
- İddiaçı ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının keçiriləcəyi elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin doktorantı (dissertantı) olmadığı halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.




