2025.10.03 13:02
Zoologiya İnstitutunda Gülnarə Tahir qızı Hüseynovanın dissertasiya işinin müdafiəsi keçiriləcək
Gülnarə Tahir qızı Hüseynovanın Biologiya elm sahəsi üzrə 2429.01- “Parazitologiya” ixtisasında “Azərbaycanın Muğan düzündə buğda bitkisinin fitohelmintlərinin (Nematoda) biotası” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi 24.10.2025-ci il tarixində saat 14:00-da ARETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasında keçiriləcək.
Elmi rəhbər:
Biologiya elmləri doktoru Aleksandr Yuryeviç Riss
Dissertasiya işinin rəsmi opponentləri:
Biologiya elmləri doktoru, dosent Səhman Yusif oğlu Bayramov
Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Alı Zəfər oğlu Namazov
Biologiya elmləri üzrə fəlsəfə doktoru Mehri İsa qızı Seyidbəyli
Avtoreferat - Gulnare Huseynova (azerb).pdf
Avtoreferat - Gulnare Huseynova (eng).pdf
Avtoreferat - Gulnare Huseynova (rus).pdf




