ELANLAR
136
Arxiv

2025.05.01 10:30
Doktorant və dissertantların nəzərinə
AR ETN Zoologiya İnstitutunda 2025-ci tədris ilində yay imtahan sessiyasında ixtisas fənnləri (2401.01-Zoologiya, 2413.01-Entomologiya, 2429.01-Parazitologiya) üzrə doktorluq (minimum) imtahanları keçiriləcəkdir.
İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 15 may 2025-ci il tarixinədək aşağıdakı sənədləri Təhsil şöbəsinə təqdim etsinlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;
- İddiaçı ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının keçiriləcəyi elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin doktorantı (dissertantı) olmadığı halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.