ELANLAR
496 Arxiv

2024.06.25 15:30

ARETN Zoologiya İnstitutunda dissertasiya müdafiəsi keçiriləcək

Əliyev Saleh İltizam oğlunun biologiya elm sahəsi üzrə 2401.01- “Zoologiya” ixtisasında “Azərbaycan çaylarının makrozoobentosu (növ tərkibi, miqdarı, ekologiyası, zoocoğrafi analizi və mənşəyi)” mövzusunda biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi 28.06.2024-cü il tarixində saat 14:00-da ARETN Zoologiya İnstitutunun nəzdində BED 1.09 Dissertasiya Şurasında keçiriləcək. 

Dissertasiya şurası üzvləri və opponentlərin iştirakı mütləqdir.

Elmi rəhbər: 

AMEA-nın m/ü, b.e.d., professor İlham Xəyyam oğlu Ələkbərov

Dissertasiya işinin rəsmi opponentləri 

  1. ARETN Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, 2429.01 – “Parazitologiya” ixtisası üzrə b.e.d., AMEA-nın m/üzvü Məhərrəmov Saleh Heydər oğlu
  2. ARETN Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının müdiri, 2401.01 – “Zoologiya” ixtisası üzrə b.e.d., dosent Manafov Asif Abbas oğlu 
  3. Bakı Dövlət Universitetinin “Bioekologiya” kafedrasının müdiri, 2401.01 – “Zoologiya” ixtisası üzrə b.e.d., professor Sadıqova Nərminə Abel qızı
  4. Menzbir Ornitoloji Cəmiyyətinin prezidenti, Zoologiya ixtisası üzrə b.e.d., professor Rüstəmov Eldar Ənvər oğlu

Avtoreferat - Saleh Aliyev_Son variant.pdf 

Avtoreferat - Saleh Aliyev_English.pdf