2024.05.14 09:34
ETN Zoologiya İnstitutunda yay sessiyası üzrə doktorluq imtahanı keçiriləcək
7 iyun 2024-cü il, saat 11:00-da AR ETN Zoologiya İnstitutunda 2024-cü tədris ilində yay imtahan sessiyasında ixtisas fənnləri (2401.01-Zoologiya, 2413.01-Entomologiya, 2429.01-Parazitologiya) üzrə doktorluq (minimum) imtahanları keçiriləcəkdir. İmtahanları qəbul etmək məqsədilə aşağıdakı tərkibdə imtahan komissiyası yaradılmışdır:
Sədr : a.e.ü.f.d., dos. Ələddin Qismət oğlu Eyvazov
Katib: b.ü.f.d. Şəfa İlqar qızı Xasayeva
Üzvlər: b.ü.e.d. Elşad İlyas oğlu Əhmədov
b.ü.e.d. Asif Abbas oğlu Manafov
b.ü.f.d., dos. Gülər Aydın qızı Hüseynzadə
b.ü.f.d., dos. Süleyman Şakir oğlu Süleymanov
b.ü.f.d., dos. Təvəkkül Muxtar oğlu İsgəndərov
İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 31 may 2024-cü il tarixinədək Təhsil şöbəsinə müraciət etsinlər.
2401.01-ZOOLOGİYA-minimum Proqramı 2023.pdf
2413.01-Entomologiya minimum proqramı 2023.pdf
2429.01 Parazitologiya minimum imtahani proqramı 2023.pdf