
2022.11.15 15:25
Zoologiya İnstitutunda qış sessiyası üzrə doktorluq imtahanı keçiriləcək
AMEA-nın prezidentinin 24 oktyabr 2022-ci il tarixli 551 nömrəli sərəncamına əsasən 2022-ci tədris ilində qış imtahan sessiyasında “Parazitologiya ” - 2429.01 və “Entomologiya” - 2413.01 ixtisas fənni üzrə doktorluq imtahanının qəbulu ilə əlaqədar Zoologiya İnstitutunda komissiya yaradılmışdır.
Zoologiya İnstitutunun sabiq dissertantı İsmayılova Gülnaz Əzizağa qızı “Entomologiya”-2413.01 ixtisas fənni üzrə doktorluq imtahanında iştirak etməsi və doktorluq imtahanının 19 dekabr 2022-ci il tarixində saat 11:00-da, Parazitologiya ixtisasında IV il dissertantı Rüstəmova Aliyə Oqtay qızı “Parazitologiya ”- 2429.01 ixtisas fənni üzrə doktorluq imtahanında iştirak etməsi və doktorluq imtahanının 20 dekabr 2022-ci il tarixində saat 11:00-da Zoologiya İnstitutunda keçirilməsi nəzərdə tutulmuşdur.