ELANLAR
836 Arxiv

2022.04.05 14:27

Zoologiya İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

AMEA-nın Zoologiya İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün  fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2413.01 – “Entomologiya” – 1 yer (qiyabi);

2429.01 – “Parazitologiya” - 2 yer (qiyabi);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2413.01 – “Entomologiya” – 3 yer;

Elmlər doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2401.01 – Zoologiya” – 1 yer (qiyabi);

Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2413.01 – “Entomologiya” – 1 yer.

Sənəd qəbulu 5 aprel – 5 may 2022-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Təhsil şöbəsində  qəbul ediləcək. Sənədlərin siyahısını science.gov.az səhifəsindən girib baxa bilərsiniz. (https://science.qov.az/az/news/open/20395)

 Ünvan: AZ1004, Azərbaycan Respublikası, Bakı şəhəri, A.Abbaszadə küç.,1128 döngə, 504 məhəllə

           

Tel: (012) 5397371

Faks: (012) 5397353

E-mail: info@zoology.science.az