ELANLAR
1053 Arxiv

2021.10.25 12:23

Zoologiya İnstitutunda “Naxçıvan MR ərazisində ev su quşlarında geniş yayılan helmintlərin ekomorfoloji xüsusiyyətləri və onlara bitki mənşəli preparatların antihelmint təsiri” mövzusunda fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçiriləcək

26 noyabr 2021-ci il tarixində saat 14:00-da AMEA Zoologiya İnstitutunun Dissertasiya şurasında Azərbaycan Tibb Universitetinin “Normal fiziologiya" kafedrasının müəllimi, Seyidbəyli Mehri İsa qızının 2429.01 - "Parazitologiya" ixtisası üzrə “Naxçıvan MR ərazisində ev su quşlarında geniş yayılan helmintlərin ekomorfoloji xüsusiyyətləri və onlara bitki mənşəli preparatların antihelmint təsiri” mövzusunda fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçiriləcək.

Elmi rəhbər: AMEA-nın müxbir üzvü, professor Saleh Heydər oğlu Məhərrəmov.

Rəsmi opponentlər: AMEA Zoologiya institutunun “Parazitologiya” laborastoriyasının baş elmi işçisi, 2429.01 – “Parazitologiya” ixtisası üzrə b.e.d, dosent Mahir Hüseynov, Azərbaycan Tibb Unuversitetinin “İctimai sağlamlıq və səhiyyənin təşkili” kafedrasının müdiri, t.e.d., professor Rafiq Çobanov və Azərbaycan Baytarlıq Elmi-Tədqiqat institutunun "Balıq və arı xəstəlikləri“ şöbəsinin müdiri, b.ü.f.d. Afət Süleymanova.


İclasda iştirak etmək üçün aşağıdakı linkə daxil olun. 

Link: https://us02web.zoom.us/j/81324793965?pwd=UnJYSm4raWpZUFBabHVJQ1pob0FLUT09 

Meeting ID813 2479 3965
Parol: zoo2021