ELANLAR
1352 Arxiv

2021.05.18 02:53

“Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” adlı elmi – praktik konfrans keçiriləcək

Hörmətli həmkarlar!

Sizi 08 oktyabr 2021-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda keçiriləcək “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” elmi – praktik konfransda (AMEA Zoologiya İnstitutunun 85 illiyinə və akademik Musa Musayevin anadan olmasının 100 illik yubileyinə həsr olunur) iştirak etməyə dəvət edirik.

Konfransın məqsədi zoologiya elminin mövcud problemlərini, inkişaf perspektivlərini, fundamental və tətbiqi elmi araşdırmaları, heyvanlar aləminin qorunması və davamlı istifadəsinin əsaslarını, onun qorunması məsələlərini müzakirə etmək, dünya alimlərinin diqqətini Cənubi Qafqaz bölgəsinin öyrənilməsinə həsr olunmuş çoxsaylı elmi tədqiqatlara yönəltməkdir.

Konfransın işçi dilləri: Azərbaycan, rus və ingilis.

Konfrans materiallarının toplu şəklində çap edilməsi planlaşdırılır. Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul ediləcək.

Daxil olan məqalələr rəyə təqdim olunacaq və müsbət rəy almış məqalələr çapa tövsiyə olunacaq.

Konfransın istiqamətləri:

  • Onurğasızlar faunasının sistematikası və mövcud vəziyyəti;
  • Parazitizmin bioloji və biokimyəvi əsasları;
  • Zoologiyanın aktual problemləri, nailiyyətlər və innovasiyalar;
  • Suda yaşayan orqanizmlərin ekologiyası, ixtiofaunanın və balıq ehtiyatlarının qiymətləndirilməsi;
  • Quru onurğalıları faunasının mövcud vəziyyəti, ehtiyatlarından davamlı istifadə məsələləri;
  • Azərbaycanın nadir və nəsli kəsilməkdə olan heyvanları və onların qorunması məsələləri;
  • İnteqrir mübarizənin əsas problemləri.

Təşkilat komitəsinin sədri:

Zoologiya İnstitutunun direktoru v.i.e., a.e.ü.f.d., dos. Ələddin Eyvazov 

Təşkilat komitəsinin sədr müavini:

Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, b.e.d., dos. Elşad Əhmədov

Təşkilat komitəsinin katibi:

Tətbiqi Zoologiya Mərkəzinin müdiri, b.ü.f.d., dos. Barat Əhmədov 

Təşkilat komitəsinin üzvləri:

AMEA-nın müxbir üzvü, b.e.d., prof., İlham Ələkbərov  – Protozoologiya laboratoriyasının müdiri

B.e.d.,dos. Gülzar Mustafayeva  – Quru onurğasızları laboratoriyasının müdiri

B.e.d., prof. Şaiq İbrahimov  – AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini

B.e.d., prof. Şəfiqə Topçiyeva  - Tətbiqi Zoologiya Mərkəzinin baş elmi işçisi

B.e.d.,dos. Qara Fətəliyev – Parazitologiya laboratoriyasının müdiri

B.e.d.,dos. Qiyas Quliyev – Quru onuğalıları laboratoriyasının müdiri

B.e.d.,dos. Asif Manafov – Parazitologiya laboratoriyasının baş elmi işçisi

B.e.d., dos. Mahir Hüseynov – Parazitologiya laboratoriyasının baş elmi işçisi

B.e.d., dos. Həmidə Qayıbova - Protozoologiya laboratoriyasının baş elmi işçisi

B.e.d., dos. Əli Nəsirov – Parazitologiya laboratoriyasının baş elmi işçisi

B.e.d., dos. Natalya Sneqovaya – Quru onurğasızları laboratoriyasının baş elmi işçisi

B.ü.f.d., dos. Sara Əliyeva – Elmi katib

B.ü.f.d., dos. Adil Əliyev – Hidrobiologiya laboratoriyasının müdiri

B.ü.f.d., dos. Səbinə Bünyatova - Zooloji muzeyin müdiri

B.ü.f.d., dos. Təvəkkül İsgəndərov – Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi

B.ü.f.d., dos. Tahir Kərimov - Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi

B.ü.f.d., dos Əbülfəz Tağıyev – Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi

B.ü.f.d. Könül Tapdıqova –Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi

B.ü.f.d. Gülbəniz Qasımova – Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi

Kəmalə Rasimli - Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini

Elyanə Tahirova - Protozoologiya laboratoriyasının elmi işçisi

Lalə Məmmədova - Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi

Gülnarə Aslanova - Quru onurğasızları laboratoriyasının böyük laborantı

Aysel Məmmədova – İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Konfransda iştirak etmək üçün:

01 iyun 2021-ci il tarixinədək Əlavə 1-ə uyğun olaraq formanı doldurun və ayrıca bir sənəd şəklində təşkilatın info@zoology.science.az  elektron poçt ünvanına göndərin.
Təşkilat komitəsi müraciətlərin qəbulu barədə elektron poçtla müəllifləri məlumatlandıracaq. Müraciətin təsdiqlənməsi olmadıqda, ikinci dəfə göndərmək xahiş olunur.

Materiallar 10 sentyabr 2021-ci il tarixinə qədər Əlavə 2-ə uyğun olaraq hazırlanaraq göndərilməlidir (5 səhifəyə qədər).

Konfransa təqdim olunan materiallar üçün müəlliflər məsuliyyət daşıyırlar. Redaksiya heyəti materialları korrektə etmək hüququna malikdir. Materiallar konfransın istiqamətinə və ya elmi səviyyəsinə uyğun gəlmədikdə, qeydiyyat üçün tələblərə cavab vermədikdə və ya müəyyən olunmuş vaxtdan gec göndərildikdə qəbul edilməyə bilər.

Materiallar konfransın keçirilməsinə qədər konfrans materialları şəklində nəşr olunacaq. Konfrans materialları toplusundakı hər bir məqalə üçün ayrıca haqq ödənilir.

Konfrans iştirakçıları üçün qeydiyyat haqqı 30 (otuz) manat təşkil edir.

Doktorantlar üçün qeydiyyat haqqı 20 (iyirmi) manat təşkil edir.

Materiallar nəşrə təsdiqləndikdən sonra qeydiyyat haqqının ödənilməsi üçün təşkilat komitəsinin katibi ilə əlaqə saxlayın.

Məlumat üçün:

Tel.: (012) 539-73-71

E-mail: info@zoology.science.az 

Konfrans proqramı haqqında ətraflı məlumat növbəti məlumat məktubunda elan ediləcək.