2024.04.16
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində təqdimat təşkil edilib
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 10-cu sinif şagirdləri Paşazadə Asi, Əliyeva Nuray, 9-cu sinif şagirdləri Araz Abbaszadə, Natəvan Dəmirova “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində final mərhələsinə hazırlıq üçün Zoologiya İnstitutunda təqdimatla çıxış ediblər.
Tədbirdə AR ETN Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvi Pənah Muradov, Zoologiya İnstitutunun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov, hər iki institutun alim və mütəxəssisləri, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin müəllimləri Xuraman İbayeva və Ülvi Həzizadə iştirak edirdilər. Sonda layihə ətrafında müzakirələr aparıldı, təkliflər verildi.