НОВОСТИ
519

2023.11.25

Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Biləsuvar rayonunda ezamiyyətdə olub

ARETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi 22.11.-24.11.2023-cü il tarixlərində Sabahın Alimləri müsabiqəsi ilə əlaqədar olaraq Biləsuvar rayonuna ezam olunmuşdur. Müsabiqəyə təqdim olunan layihənin elmi rəhbəri olan Rəfiqə Qazi Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və eyni zamanda müsabiqənin iştirakçıları olan 10-cu sinif şagirdləri ilə görüşüb. Ezamiyyə müddətində şagirdlərlə birgə Biləsuvar rayonunun bir neçə arıxanalarına monitorinqlər keçirilmiş və layihənin məqsədinə müvafiq olaraq bal arısından nümunələr götürülərək məktəbin laboratoriyasına gətirilmişdir. Burada şagirdlərə xəstəliklərin təyinatı ilə əlaqədar elmi-praktiki təlim verilmişdir.