НОВОСТИ
595

2023.03.06

Zoologiya İnstitutunda Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin II kurs magistrantları ilə görüş keçirilib

Martın 3-də ARETN Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçən Bakı Dövlət Universitetinin biologiya fakültəsinin II kurs magistranları ilə görüş keçirilib. Hesabat xarakterli görüşdə İnstitutun baş direktoru a.e.ü.f.d. Ələddin Eyvazov, elmi katib b.ü.f.d. Sara Əliyeva, Təhsil şöbəsinin müdiri Şəfa Xasayeva və BDU-nun Zoologiya və Fiziologiya kafedrasının müdiri b.ü.f.d. Əbülfəz Tağıyev iştirak edib. Bu zaman institutun laboratoriyaları və orada aparılan elmi-tədqiqat işləri ilə tanış olan tələbələr müxtəlif sualları cavablandırmış, tədqiqat müddəti ərzində yiyələndikləri praktiki vərdişlər haqqında ətraflı çıxış etmişlər. İstehsalat təcrübəsi martın 16-dək davam edəcək.