НОВОСТИ
1417

2021.06.29

Quru onurğasızları laboratoriyasının əməkdaşları Lənkəran rayonunda ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ellada Hüseynovanın və böyük elmi işçi biologiya üzrə fəlsəfə doktoru Səkinə Haciyeva “Azərbaycanda (İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla) entomofaunanın, hörümçəkkimilərin müasir vəziyyətinin araşdırılması, nadir və azsaylı növlərin ekoloji vəziyyətinin qiymətləndirilməsi” işi üzrə entomoloji material toplamaq məqsədilə 21-25 iyun tarixlərində Lənkəran rayonunda ekspedisiyada olublar. Ekspedisiya müddətində kənd ətrafı və çay kənarındfakı çəmənliklər, meşə ətrafı sahələr, talalar müayinə edilərək entomoloji tədqiqatlar aparılıb, materiallar toplanıb. Ekspedisiya zamanı

qızıl böcəklər, uzunbığ böcəklər, həmçinin müxəlif kəpənək növləri toplanaraq təyin olunması üçün laboratoriyaya gətirilib. Materiallar spirtə və ya pambıq döşəklərə yerləşdirilərək etiketlərlə təmin edilib.