НОВОСТИ
1590

2021.03.02

Bakı Dövlət Universiteti tələbələri Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər

AMEA Zoologiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən BDU-nun Biologiya fakültəsinin bakalavr və magistrantları Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər. 

Biologiya elmləri üzrə fəlsəfə doktorları Çingiz Məmmədov və Sara Əliyevanın rəhbərliyi ilə bir qrup magistrantlar Mingəçevir Elmi Təcrübə Stansiyasında istehsalat təcrübəsində iştirak ediblər. Magistrantlara stansiyanın göllərində yetişdirilən balıqların saxlanma şəraiti, balıq fərdləri üzərində elmi-praktiki işlərin yerinə yetirilməsi prosesləri izah edilib.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlarla fikir mübadiləsi aparılıb.