2018.09.07
AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov "Şərəfli Ömür" fəxri diplomuna layiq görülüb
Şərəfli ömür yolu olan insanlardan biri də, əmək fəaliyyətinə başlayan və ömrünün ən gözəl illərini bu sistemdə çalışan, əməklə ucalan, zəhmətlə şöhrətlənən, AMEA Zoologiya İnstitutunun direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifovdur.
Elman Yusifov, "Parlamentinsesi.az internet saytı" tərəfindən ictimaiət arasında keçirilmiş rəy sorğusu nəticəsinə əsasən "Şərəfli Ömür" fəxri diplomuna layiq görülüb. Direktor elmin populyarlaşdırılması, KİV-lərə açıqlıq, elmi təşkilatçılıq fəaliyyətlərində kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığına görə bu mükafata layiq görülüb.
Zoologiya İnstitutu kollektivi adından Elman Yusifovu təbrik edir, işlərində uğurlar və can sağlığı diləyirik.