НОВОСТИ
48

2018.06.14

“Clarivate Analytics” şirkəti tərəfindən onlayn seminarlar keçirilir

İyun ayının 19-dan 28-dək "Clarivate Analytics" şirkəti tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunan növbəti silsilə onlayn seminarlara start verəcək.

Seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, müxtəlif elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarılıb tapılması, beynəlxalq elmi jurnallarda nəşr olunma prinsipləri və tələbləri, "yırtıcı" jurnallardan qorunma yolları, elmi təşkilatların akademik fəaliyyətini və effektivliyini qiymətləndirmə mexanizmləri, digər bu kimi vacib və aktual  məsələlərə toxunulacaq.

Bütün seminarlar ödənişsizdir və rus dilində aparılır.

Seminarlar üçün qeydiyyatdan keçmək məcburidir. Qeydiyyata dair video təlimat, seminarlara qoşulma və sertifikatla bağlı ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.

http://science.gov.az/news/open/8231