ОБЪЯВЛЕНИЯ
2973
2017.05.08 15:41
“Struktur biologiyanın üsulları” mövzusunda mühazirələr keçiriləcək
8-20 may 2017-ci il tarixlərində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Tədris korpusunda Kembric Universitetinin Molekulyar biologiya laboratoriyasının Kompüter kristalloqrafiyası qrupunun rəhbəri, institutun Kompüter struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov I kurs magistrlara “Struktur biologiyanın üsulları” ixtisas kursundan mühazirələr oxuyacaq.
Mühazirələr həftənin I-V günləri saat 10:00 -12:00-dək keçiriləcək.
Ünvan: Mətbuat prospekti, 2A.
http://science.gov.az/news/open/5615
© Все права защищены. При использовании информации гиперссылка на сайт www.zoologiya.az обязательна.