2021.07.06 12:18
Zoologiya İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir
AMEA Zoologiya İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planı”na əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:
“2401.01-Zoologiya” ixtisasında fəlsəfə doktoru hazırlığı üzrə doktorantura 1 yer
“2413.01-Entomologiya” ixtisasında fəlsəfə doktoru hazırlığı üzrə dissertantura 1 yer
“2413.01-Entomologiya” ixtisasında elmlər doktoru hazırlığı üzrə dissertantura 1 yer
“2401.01-Zoologiya” ixtisasında elmlər doktoru hazırlığı üzrə dissertantura- 3 yer
Sənədlər cari ilin 5 iyul - 20 avqust 2021-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək..
Tel: 012-5397339