AMEA Zoologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib


Ekspedisiya xəbərləri
A- A A+

AMEA Zoologiya İnstitutu Beynəlxalq Əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Könül Tağıyeva 21 – 27 avqust tarixlərində Rusiya Federasiyası Rostov vilayətinin Kaqalnik şəhərində HORİZON 2020 çərçivəsində PRİDE cəmiyyətinin Moskva Dövlət Universiteti, Cənub Elmi mərkəzlə birgə təşkil etdiyi “Şərq qərblə qovuşan yerdə: Pontoxəzər, onun  unikal biomüxtəlifliyinin, təkamülünün tarixi genişliyi” (“Where East meets West: Pontocaspia, the historical dimension of the evolution of a unique biodiversity”) adlı Beynəlxalq konfransda, Don çayı deltası və Azov dənizinin Taqanroqdakı kəsimləri (Beqlitsa və Semibalki) üzrə aparılan ekspedisiyada iştirak edib. Səfər zamanı xarici alimlərlə əlaqələr yaranıb və PRİDE cəmiyyətinin direktoru Frank Wesselingh ilə HORİZON 2020 üzrə gələcək proyektlər müzakirə olunub.    

: 280


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.