AMEA-nın elmi müəssisələrinin əməkdaşlarının 2018-ci il üçün layihə müsabiqəsi elan edilir


A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında imzalanmış Əməkdaşlıq Müqaviləsi üzrə Müştərək Proqram çərçivəsində AMEA-nın elmi müəssisələrinin əməkdaşlarının 2018-ci il üçün layihə müsabiqəsi elan edilir.   

Müsabiqə zamanı Qara dəniz və Xəzər dənizi regionlarının mədəniyyəti, iqtisadiyyatı və enerji təhlükəsizliyi sahələrini əhatə edən layihə təkliflərinə üstünlük veriləcəkdir.

Layihələr BEA-nın müvafiq elmi təşkilatlarından olan alimlərlə birlikdə ingilis dilində hazırlanmalıdır. Seçilən layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində Bolqarıstana ezamiyyət xərclərini qarşılamaq üçün nəzərdə tutulur.

Layihə təklifləri 30 may 2017-ci il tarixindən 15 sentyabr 2017-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən Azərbaycan və ingilis dillərində qəbul edilir.

Tel.: (+99412) 492 66 51,

E-mail: kerimovaraya@gmail.com

Ərizə formasını buradan (azengəldə etmək olar.

http://science.gov.az/news/open/5776

: 154


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.