Vivarium


A- A A+

                                                                            

1.     VİVARİUM HAQQINDA

 

İnstitutun nəzdində fəaliyyət göstərən vivarium 1980-ci ildə yaradılmışdır.

Bölmənin əsas elmi fəaliyyəti institutun  elmi-tədqiqat işlərini yerinə yetirilməsində  şöbə və laboratoriyaları eksperimentlərdə istifadə üçün laboratoriya heyvanları ilə təmin etmək, eksperiment heyvanlarının saxalanılması və onlara qulluq göstərilməsidir.

Bölmədə standart şəraitdə laboratoriya heyvanlarından - siçan, siçovul, dovşan və dəniz donuzu saxlanılaraq, çoxaldılır və onlara baytarlıq qaydalarının tələblərinə uyğun olaraq qulluq və nəzarət həyata keçirilir.

Vivariumun bazasından onun fəaliyyət göstərdiyi illərdən indiyə qədər institutun helmintologiya, parazit-sahib münasibətlərinin biokimyəvi əsasları, protistologiya, herpetologiya laboratoriyaları eksperimental işlərin yerinə yetirilməsində istidafə edir. Laboratoriyaların əməkdaşları tərəfindən burada in vitro, in situ və in vivo şəraitdə təcrübələr qoyulur.

Vivariuma yaradıldığı gündən bu günə kimi Cəfərov Hümbət Camal oğlu rəhbərlik edir.

 

 

 

2.     VİVARİUMUN ƏSAS İSTİQAMƏTLƏRİ

  • Laboratoriya heyvanlarının saxlanılması və çoxaldılması üzrə yerinə yetirilən işlərin həyata keçirilməsini təmin etmək;
  • Perspektiv tematik planlar hazırlanmaq və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Saxlanılan laboratoriya heyvanlarının mühafizəsi, onların düzgün yemləndirilməsini təmin etməklə, sanitar-baytarlıq qaydalarının tələblərinə əməl etmək;
  • Heyvanların saxlanılması üçün lazımı şərait yaratmaq, onlara humanist yanaşmaq;
  • Vivariumun bazasında aparılan tədqiqat işlərinin yerinə yetirilməsinə şərait yaratmaq və təcrübələrin sanitar qaydalarına uyğun olaraq yerinə yetirilməsinə nəzarət etmək;
  • Vivariumun fəaliyyətini analiz edərək müəyyən növ heyvanların saxlanılması, çoxaldılması, yemləndirilməsi və müalicəsi üçün yeni  təkliflər işləyib hazırlamaq;
  • Laborator diaqnostik tədqiqatların yerinə yetirilməsində iştirak etmək.
  • Vivariumda saxlanılan heyvanların xəstəlik və patologiyalarının öyrənilməsini təşkil etmək.
  • Digər təşkilatlar ilə əlaqələr yaradaraq laboratoriya heyvanlarının mübadiləsini təşkil etmək.
  • Heyvanlar iləiş zamanıqabaqcıl təcrübələrdənistifadə etmək;
  • Heyvanların yemləndirilməsi üçün yeni standartların yaradılması və təkmilləşdirilməsi üzərində işləmək;
  • Heyvanlar ilə işləyən personalın fəaliyyətini koordinasiya etmək
  • Vivariumun fəaliyyəti haqqında hesabat hazırlamaq.

 

 

3.     VİVARİUMUN ƏSAS  NAİLİYYƏTLƏRİ

 

 Hal-hazırda Vivariumda, nəsli kəsilməkdə olan qırqovul və bildirçin quşlarının inqubator vasitəsilə çoxaldılması aparılır.

 

 

: 250


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.