Protozoologiya laboratoriyası


A- A A+

Protozoologiya laboratoriyası iki elmi istiqamətdə fəaliyyət göstərir:
1.“Protistologiya”
2. “Parazit-sahib münasibətlərin biokimyəvi əsasları ”.

Protistologiya laboratoriyası 1957-ci ildə Azərbaycan SSRİ EA-nın Zoologiya İnstitutunda yaradılmışdır. Protistologiya laboratoriyasının fəaliyyət göstərdiyi ilk on illikdə (1957-1967-ci illər) o vaxtlar hələ Azərbaycan EA-nın müxbir üzvi olan M.Ə. Musayevin başçılıq etdiyi cavan tədqiqatçılardan ibarət kollektiv öz fəaliyyətini faunistik tədqiqatlara, iri buynuzlu mal-qara, ev quşları və gəmiricilərin parazitləri-koksidilərin taksonomik və ekoloji xüsusiyyətlərini öyrənməyə həsr edir (A.M.Veysov, F.K.Əliyev, Ş.Q.Manafova).
Keçən əsrin 80-ci illərində parazit ibtidailərdən əlavə laboratoriya kollektivi tərəfindən sərbəstyaşayan ibtidailərin də öyrənilməsinə başlanılır (T.Əmiraslanova, R.R.İbadov, N.Mirzəzadə). Bu mərhələdə laboratoriyada koksidilərin yeni qrupu-sarkosporidilər, ət sporluları və zoonoz təbiətin parazitləri, yalnız heyvanların deyil, o cümlədən insanların da opportunistik xəstəliklərinin törədiciləri olan kriptosporidilər tədqiq edilir (A.M.Surkova, H.D.Qaibova).
XX əsrin 80-ci ilərinin sonlarında Protistologiya laboratoriyası özündə iki-parazit sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri və sərbəstyaşayan və parazit ibtidailərin protozooloji tədqiqatları istiqamətlərini birləşdirərək genişlənir (1986-cı il).
Laboratoriyanın yaradılmasından sonra ilk on illik ərzində laboratoriyanın müdiri baytarlıq elmləri doktoru, professor, daha sonra AMEA-nın müxbir üzvü (1959-cu il), akademik (1969-cu il) M.Ə.Musayev olmuşdur. 1986-cı ildən indiyədək laboratoriyaya Azərbaycan MEA-nın müxbir üzvü İ.X.Ələkbərov rəhbərlik edir.
Hal-hazırda “Protozoologiya” laboratoriyasında 18 əməkdaş çalışır:
AMEA-nın 1-müxbir üzvü,
3 - biologiya elmləri doktoru,
6 - biologiya üzrə fəlsəfə doktorları,
1 - aparıcı elmi işçi, 2- elmi işçi,
4 - kiçik elmi işçi,
3 - laborant .



Laboratoriyanın əsas elmi istiqaməti ibtidailərin biomüxtəlifliyinin, onların ekologiyası, su və torpaq ekosistemlərinin təbii qida zəncirlərində rolunun və təbiətdə üzvi maddələrin istehsal edilməsi və parçalanmasında əhəmiyyətinin öyrənilməsindən ibarətdir. Praktiki cəhətdən ibtidailər (ilk növbədə infuzorlar) tоksikoloji tədqiqatlar zamanı test-obyekt kimi istifadə edilir. Hal-hazırda modifikasiya edilmiş biotestləşdirmə metodu (Ələkbərov İ.X., 1986) həm hüceyrə, həm də populyasiya səviyyəsində həyata keçirilir.

Koksidilərin (Apicomplexa, Sporozoa) biokimyasının, koksidiozlar zamanı yaranan parazit-sahib münasibətlərinin biokimyəvi, molekulyar-genetik və immunoloji aspektlərini, ev heyvanları, quşların və gəmiricilərin, bağırsaq parazitlərinin; ev toyuqlarının koksidiozunun (Apicomplexa, Coccidia, Eimeriidae) törədicilərinə qarşı tərkibində alkaloid və efir yağları olan yerli dərman bitkilərinin təsir mexanizminin parazitoloji və biokimyəvi əsaslarının öyrənilməsi, Azərbaycan ərazisində yaşayan gürzənin zəhərinin və bal arısının həyat fəaliyyətinin məhsullarının və zəhərinin skrininqi, aktiv zülal/peptidlərin kimyəvi xüsusiyyətlərininmüəyyənləşdirilməsidir.



Əməkdaşlarının çoxillik tədqiqatları nəticəsində 80-dən çox sahib növünün, bütün quru onurğalılarının hüceyrədaxili parazit ibtidailərinin 250-dən çox növü (Leishmania, Eimeria, Isospora, Cryptosporidium, Sarcocystis, Haemogregarina, Hepatozoon , Microsporidia və s.) tapılmışdır. Elm üçün ilk dəfə olaraq parazit ibtidailərin 80-dən çox növünün təsviri verilmişdir (M.Ə.Musayev və kollektiv).


1. Azərbaycanın torpaq, dəniz və şirin sularında məskunlaşan sərbəstyaşayan ibtidailərin geniş müxtəlifliyi aşkar olunmuşdur. Sərbəstyaşayan infuzorların elm üçün ilk dəfə olaraq 3 fəsiləsi, 12 cinsi və 90-dan çox növü təsvir edilmişdir (Ələkbərov İ.X).

2. Sərbəstyaşayan ibtidailərin digər vacib ekoloji qrupu-çanaqlı amöblər də intensiv şəkildə öyrənilir. Azərbaycanın şirin sularında çanaqlı amöblərin elm üçün ilk dəfə olaraq 2 fəsiləsi, 7 cinsi və 70 növü tapılıb təsvir edilmişdir (Ələkbərov İ.X., Sneqovaya N.Y.).

3. İbtidailərin birliklərinin struktur, o cümlədən bəzi infuzor növlərinin bir sıra fizioloji parametrlərinin dəyişiklikləri tədqiq edilir. Bu tədqiqatların nəticələri torpaq, şirin su və dənizlərdə sərbəstyaşayan infuzorların vasitəsilə antropogen təbiətli müxtəlif toksiki maddələrlə-neft və neft məhsulları, ağır metallar, insektisidlərlə çirklənməsinin biotestləşdirilməsinin modifikasiya olunmuş metodlarının əsasını təşkil edir. brBiotestləşdirmənin birlik və hüceyrə səviyyəsində aparılması daha dəqiq və əhəmiyyətli nəticə almağa imkan verir.

4. Müasir biokimyanın, molekulyar biologiyanın, immunologiyanın metod və üsullarını tətbiq etməklə Eimeria və Sarcocystis cinslərinə aid parazitlərdə və onların sahibləri olan ev toyuqlarında, qoyunlarda, camışlarda maddələr mübadiləsinin bir çox komponentləri müqayisəli surətdə geniş tədqiq edilmişdir.Bu tədqiqatlar nəticəsində koksidilərin sahibin maddələr mübadiləsinətəsiri mexanizmləri nəzəri cəhətdən əsaslandırılmış, biokimyəvi göstəricilərə görə "parazit-sahib" sisteminin oxşar və fərqli cəhətləri müəyyənləşdirilmiş, antieymerioz preparatların effekliliyinin qiymətləndirilməsi metodları işlənib hazırlanmışdır.

5. Aparılan tədqiqatlar nəticəsində “Koksidi kulturalarının təmizlənilməsi üsulu”, "Koksidiozlara qarşı tətbiq edilən preparatların terapevtik fəallığının təyin edilməsi üsulu" ixtira edilmiş, "Bakterisid və antiparazitar təsir göstərən “REOR - 49 N-sianetil b,b/-ditiobis (a-amino-propion turşusunun turşusunun) minoetil efiri" və “Qapalı şəraitdə yetişdirilən quşların məhsuldarlığının artırılması” işlərinə patent alınmışdır. Kənd təsərrüfatı heyvanlarının və quşların eymeriozların diaqnostikası, profilaktikası və aradan qaldırılmasına yönəlmiş 30-a qədər praktiki tədbirlər, müvəqqəti təlimatlar hazırlanmış, nəzəri işlərin nəticələri istehsalatda tətbiq edilmişdir.



Fəlsəfə doktoru elmi dərəcəsi üzrə təhsil alan kadrlar:

Ad, Ata ad, Soyad SEVDA OQTAY QIZI SƏMƏDOVA
Mövzu “Abşeronda ev quşlarının qan parazitləri”
Şifr/İxtisas 03.00.19 Parazitologiya
Elmi Rəhbər b.e.d. E.İ. Əhmədov
Təhsil Müddəti 2012-2015-ci illər
Təhsil Forması Dissertant


Ad, Ata ad, Soyad ELYANƏ NAİL QIZI TAHİROVA
Mövzu “Lənkəran təbii vilayətinin şirin su hövzələrinin çanaqlı amöblər faunası və ekologiyası”
Şifr/İxtisas 2401.01 Zoologiya
Elmi Rəhbər b.e.d. N.Y.Sneqovaya
Təhsil Müddəti 2013-2017-ci illər
Təhsil Forması Dissertant


Ad, Ata ad, Soyad SƏRİYYƏ ŞAMİL QIZI QASIMOVA
Mövzu “Talış meşələrinin sərbəstyaşayan torpaq infuzorlarının növ müxtəlifliyi və onların pedobiont birliklərdə rolu
Şifr/İxtisas 2401.01 Zoologiya
Elmi Rəhbər Müxbir üzv İ.X.Ələkbərov
Təhsil Müddəti 2017-2020-ci illər
Təhsil Forması Dissertant




Elmlər doktoru elmi dərəcəsi üzrə təhsil alan kadrlar:


Ad, Ata ad, Soyad FƏRİDƏ ZÖHRAB QIZI MƏMMƏDOVA
Mövzu “Azərbaycanın müxtəlif regionlarında bal arısının həyat fəaliyyəti məhsullarının biokimyəvi xarakteristikası
Şifr/İxtisas 24.06.02 Biokimya
Elmi Rəhbər b.e.d. Ş.Ə. Topçiyeva
Təhsil Müddəti 2013-2017-ci illər
Təhsil Forması  

 



BAŞ ELMİ İŞÇİLƏR BÖYÜK ELMİ İŞÇİLƏR ELMİ İŞÇİLƏR KİÇİK ELMİ İŞÇİLƏR
Həmidə Davud qızı Qaibova Nailə Həmid qızı İsgəndərova Elyanə Nail qızı Tahirova Nuranə Əli qızı Hacıyeva
Şəfiqə Ənvərovna Topçuyeva Nərgiz Əli qızı Əhmədova Türkan Firudin qızı Qurbanova Yana Yuriyevna Kalmıkova
  Simuzər Oruc qızı Mamedova   Səriyyə Şamil qızı Qasımova
  Fəridə Zöhrab qızı Məmmədova   Sevda Oqtay qızı Səmədova
  Jalə Vasif qızı Həsənova   Südabə Elman qızı İsmayılzadə
  Aynurə Alı qızı Namazova    

 

: 538


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.