Hidrobiologiya labaratoriyası


A- A A+

                                                                           

1.     LABORATORİYA HAQQINDA 

 

Hidrobiologiya laboratoriyası SSRİ  EA Azərbaycan Filialının bir bölməsi kimi 1932-ci ildən fəaliyyət göstərən “ Su heyvanları” şöbəsinin nəzdində müxtəlif illərdə yaradılmış İxtiologiya (1948-ci il), Hidrobiologiya (1952-ci il) və Mingəçevir dayaq bazası (1953-cü il) laboratoriyalarının əsasında 2017-ci ilin əvvəlində (fevral, 2017) yaradılmışdır. Yaradılan bu laboratoriya özündən əvvəlki qurumların apardıqları tədqiqatları yeni şəraitdə və müasir  üsullarla davam etdirəcək və aparılmış tədqiqatlarda əldə olunan nəticələr əsasında yeni tədqiqatlarda  əldə olunan nəticələr əsasında yeni tədqiqat istiqamətləri müəyyənləşdiriləcək və həmçinin qida, sanitar və tibbi əhəmiyyətli hidrobiontların  populyasiya səviyyəsində tədqiqini genişləndirəcəkdir.

 

2.     LABORATORİYANIN ƏSAS ELMİ İSTİQAMƏTLƏRİ

 

Laboratoriyada Xəzər dənizində və Azərbaycanın daxili suhövzələrində (çaylar, göllər, axmazlar, su anbarları, bulaqlar və s.) formalaşan hidrobiontların (balıqlar və onurğasız heyvanlar) növ tərkibi, miqdarı, yayılması, su hövzələrinin  həyatında rolu, onların bioloji sərvətlərindən səmərəli istifadə edilməsi, rolu onların məhsuldarlıqlarının artırılması üçün effektli metodların işlənib hazırlanması və su hövzələrinin qorunması yollarının müəyyən edilməsi üzrə tədqiqatlar aparır. Tədqiqatlarda balıqların yem bazasının araşdırılmasına, istifadəsiz yem obyektlərinin müəyyən edilməsinə, onlardan səmərəli istifadə olunmasına, balıqçılıq əhəmiyyətli su tutarlarında balıq ovu üzrə proqnozların hazırlanmasına, əhəmiyyətli onurğasız heyvan növlərinin (zəli, xərçəng, molyuska və s.) müəyyənləşdirilmə­sinə, onların çoxaldılması biotexnologiyalarının elmi əsaslarının işlənib hazırlanmasına, ekoloji şəraitin dəyişməsindən asılı olaraq hidrobiontların (xüsusilə balıqlar və ali xərçənglər) morfologiyasında, biologiyasında, etologiyasında və yayılmasında baş vermiş dəyişikliklə­rin araşdırılmasına xüsusi diqqət verməyi planlaşdırır.

 

3.     LABORATORİYANIN ƏSAS  NAİLİYYƏTLƏRİ

 

Hazırda respublikamızın daxili su hövzələrinin və Xəzər dənizinin əsas ekoloji qrupları demək olar ki, hərtərəfli tədqiq edilmişdir. Respublikamızın şirin su hövzələrindən indiyə qədər 34 sistematik qrupa mənsub olan 2000-dən çox onurğasız heyvan növləri (bunların 600-dən çoxu birhüceyrəli heyvanlardır), 1 növ dəyirmiağızlı, 67 növ və yarımnöv balıq qeydə alınmışdır. Qeydə alınan növlərin arasında 30 növ infuzor (A.Əliyev), 2 növ amfipod (R.Əliyev) və 1 növ xironomid sürfəsi (Ə.Qasımov)  elm üçün ilk dəfə təsvir olmuşdur. 2 növ balıq isə ixtiofaunamızın tərkibində ilk dəfə qeydə alınmışdır (N.Mustafayev).

Xəzər dənizindən 1150 növ birhüceyrəli və onurğasız heyvan növləri, 1 növ dəyirmiağızlı, 81 növ və yarımnöv balıq qeydə alınmışdır. Onların arasında növlərinin sayına görə infuzorlar (460 növ) və xərçəngkimilər (312 növ) fərqlənirlər. Qeydə alınan növlərin arasında 1 cins 23 növ infuzor (F.Ağamalıyev), 8 növ ostrakod (H.Fərəcov), 4 növ kum xərçəngləri (A.Derjavin) və 11 növ amfipod  (A. Derjavin) elm üçün yeni olmuşdur.

İndiyə qədər aparılan tədqiqatların nəticələri 40-dan çox monoqrafiya və toplularda “Севрюга” Биологический очерк (Державин, 1922), “Воспроизводство запасов каспийского лосося” (Державин, 1941), “Воспроизводство запасов осетровых рыб” (Державин, 1941), “Каталог пресноводных рыб Азербайджана” (Державин, 1949), “Куринское рыбное хозяйство” (Державин, 1956), “Рыбы пресных вод Азербайджана” (Абдурахманов, 1962), “Гидрофауна Нижней Куры и Мингечаурско­го водохранилища” (Касымов, 1965), “Balıqlar” (Əbdurrəhmanov, 1966), “Пресноводная фауна Кавказа” (Касымов, 1972), “Göl və su daşqınlarında çoxalan balıqların yetişdirilməsinin bioloji əsasları” (Abbasov, 1972), “Биология молоди основных промысловых видов карповых и окуневых рыб внутренних водоемов Азербайджана” (Аббасов, 1983), “Рыбы залива Кирова Каспийского моря” (Кулиев, 1989), “Жерех. Aspius aspius (L.)” (Коллективный труд, 1995), “Şəmkir su anbarının biologiyası” (Əliyev və b., 1997), “Биология Варваринсково  водохранилища” (Халилов, 1997), “Биоразнообразия: Нефть и биологические ресурсы Каспийского моря” (Касымов, 2001), “Kürətrafı göllərin biologiyası” (Əliyev və b., kollektiv əsər,  2001), “Карповые и окуневые рыбы Южного и Среднего Каспия” (Кулиев, 2002), “Экология планктона Каспийского моря” 3-dildə - Azərbaycan, Rus, İngilis dillərində (Касымов, 2004) “Форели Азербайджана” (Кулиев, 2005), “Azərbaycanda əmtəə balıqçılığı” (Quliyev, 2006), “Mingəçevir su anbarı vətəgə balıqlarının ekologiyası” (Seyid-Rzayev, 2007) “Kür silsilə su anbarlarının biologiyası” (Kollektiv əsər, Əliyev və Bağırova 2010), “Azərbaycanın şirinsu balıqlarının erkən inkişaf mərhələləri” (Bağırova, 2010) “Azərbaycanın daxili su hövzələrinin bioloji ehtiyatları, onların artırılması və səmərəli istifadə olunması yollarına dair Bioloji tövsiyyələr” (Quliyev, Əliyev, 2011) və s. kimi kitablarda və yüzlərlə elmi məqalələrdə  və broşurlarda  öz əksini tapmışdır.

 

4.     KADR  POTENSİALI  

   

Fəlsəfə doktoru elmi dərəcəsi üzrə təhsil alan kadrlar

 


Ad, Ata ad, Soyad

                       Könül Yaşar qızı Tağıyeva

Mövzu

                       Mingəçevir su anbarının müasir ekoloji şəraitdə makrobentosu

Şifr/ixtisas

                       2401.01  “Zoologiya”

Elmi rəhbər

                       b.ü.f.d. A.R.Əliyev

Təhsil müddəti

                       2012-2015-ci illər

Təhsil forması 

                       Dissertant
Əlavə qeyd
                       Dissertasiya işini tamamlamaq üzrədir
 
   


Ad, Ata ad, Soyad

                               Könül Aslan qızı Taqdıqova

Mövzu

                               Abşeron yarımadası göllərinin ibtidai xərçəngkimiləri (növ tərkibi, yayılması, miqdarı)

Şifr/ixtisas

                               2401.01. “Zoologiya”

Elmi rəhbər

                               b.ü.f.d. A.R.Əliyev

Təhsil müddəti

                               2012-2016-cı illər

Təhsil forması

                               Dissertant
Əlavə qeyd
                               Dissertasiya işini müzakirələrə təqdim edib
 

 


Ad, Ata ad, Soyad

  Sənubər Abdulla qızı Quliyeva

Mövzu

  Kürətrafı göllərin iynəçə (Odonata) sürfələri
  (növ tərkibi, miqdarı, biologiyası, ekologiyası)

Şifr/ixtisas

  2401.01 “Zoologiya” 

Elmi rəhbər

  b.ü.e.d. .R.Əliyev

Təhsil müddəti

  2012-2016-cı illər

Təhsil forması

  Dissertant
Əlavə qeyd
  Dissertasiya işini tamamlamaq üzrədir
 

 

Elmlər doktoru elmi dərəcəsi üzrə təhsil alan kadrlar

 

Ad, Ata ad, Soyad

                   Namiq Canəli oğlu Mustafayev

Mövzu

                   Azərbaycanın daxili su hövzələri balıqlarının
                   morfo-bioloji və ekoloji xüsusiyyətləri,
                   vətəgə balıqlarının ehtiyyatlarının tənzim olunması yolları

Şifr/ixtisas

                   2401.01 “Zoologiya”;

Elmi məsləhətçi

                   b.ü.e.d.prof. Ş.R.İbrahimov və b.ü.e.d. A.Ə.Mehdiyev

Təhsil müddəti

                   2012-2016-cı illər

Təhsil forması

                   Doktorant
Əlavə qeyd
                   İş tamamlanmış və müzakirələrə təqdim olunmuşdur
 

 


Ad, Ata ad, Soyad

             Süleyman Şakir oğlu Süleymanov

Mövzu

             Orta və Cənubi Xəzərin siyənək balıqları
             (sistematikası, ekologiyası, yayılması və ehtiyyatı)

Şifr/ixtisas

             2401.01. “Zoologiya”

Elmi məsləhətçi

             b.ü.e.d.prof. R. V. Hacıyev

Təhsil müddəti

             2012-2016-cı illər

Təhsil forması

             Doktorant
Əlavə qeyd
             Tamamlanmaq üzrədir
 

 


Ad, Ata ad, Soyad

               Ənvər Göycə oğlu Cəlilov

Mövzu

               Xəzər Dənizinin Azərbaycan sektorunda
               mezoplanktonun biomüxtəlifliyinin müasir vəziyyəti

Şifr/ixtisas

               2401.01. “Zoologiya”

Elmi məsləhətçi

               b.ü.e.d.prof. İ.X.Ələkbərov

Təhsil müddəti

               2012-2017-cı illər

Təhsil forması

               Doktorant
Əlavə qeyd
               Tədqiqat davam edir
 

 


Ad, Ata ad, Soyad

                            Gəray Surxay oğlu Mirzəyev

Mövzu

                            Müasir ekoloji şəraitdə Xəzərin Azərbaycan sektorunun Zoobentosu
                            (biomüxtəliflik, sistematika, ekologiya, və zoocoğrafiya)

Şifr/ixtisas

                             2401.01. “Zoologiya”

Elmi məsləhətçi

                             b.ü.e.d.prof. İ.X.Ələkbərov

Təhsil müddəti

                             2014-2019-cı illər

Təhsil forması

                             Doktorant
Əlavə qeyd
                             Tədqiqat davam edir
 

 


Ad, Ata ad, Soyad

                           Saleh İltizam oğlu Əliyev

Mövzu

                           Azərbaycan çaylarının bentik heyvanları
                           (növ tərkibi, miqdarı, ekologiyası, zoocoğrafi analizi və mənşəyi)

Şifr/ixtisas

                           2401.01. “Zoologiya”

Elmi məsləhətçi

                           b.ü.e.d.prof. İ.X.Ələkbərov

Təhsil müddəti

                           2011-2016-cı illər

Təhsil forması

                           Doktorant
Əlavə qeyd
                           Tədqiqat davam edir
 

 


Ad, Ata ad, Soyad

                        Əflatun Polad oğlu Əzizov

Mövzu

                        Orta və Cənubi Xəzərin Ali xərçənglərinin
                        (Mysidacea, Cumacea, Amphipoda, Decapoda dəstələrinin
                        modal növlərio üzrə) funksional ekologiyası

Şifr/ixtisas

                         2401.01. “Zoologiya”

Elmi məsləhətçi

                         b.ü.e.d. R.M. Bağırov

Təhsil müddəti

                         2010-2015-cı illər

Təhsil forması

                         Doktorant
Əlavə qeyd
                         Tədqiqat davam edir
 

 

 

5.     KADR HAZIRLIĞI

 

 

Aparıcı elmi işçilər

  1. Namiq Canəli oğlu Mustafayev 
  2. Süleyman Şakir oğlu Süleymanov 
  3. Ənvər Göyçə oğlu Cəlilov
  4. Şaiq Rəhim oğlu İbrahimov 
  5. Mircəfər Mirtağı oğlu Seydrzayev 

Böyük elmi işçilər

  1. Saleh İltizam oğlu Əliyev 
  2. Nuriyə Şakirovna Şamionova 

Elmi işçilər

  1. Zemfira Yusif qizi Əbdürrəhmanova
: 687


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.